Kabar

Kabar — Xəzər tayfalarının tərkibinə daxil olan tayfa.

Kabar tayfasının adı əsasında yaranmış etnotoponimlər Azərbaycan və indiki Ermənistan ərazisində kifayət qədər yayılmışdır. Bu tayfa haqqında ilk məlumatı Konstantin Baqranarodnı vermişdir. O, bu tayfanın xəzərlərdən çıxdığını bildirmişdir.[1]

Q.Qeybullayev bu etnonimin tərkibində ar sözünü ayırır. ar(ər) türk sözü kişi, ər, qəhrəman mənasındadır. Kabarlar Azərbaycanda kabarli və ya kəbirli adları altında yaşamışlar. Onların yaşadığı əsas areallardan biri də Qarabağ olmuşdur.

Azərbaycanda BalakənTərtər rayonlarında Kəbirli adlı iki kənd vardır. Ermənistanın yeni Bəyazid uyezdində Kalar, Şərur-Dərələyəzdə Kəbirli (Kəbirlidağ), Dağlıq Qarabağda X1X əsrdə Kabirli –qışlaq adı, Kabarrı yeri toponimləri qeydəalınmışdır.

Azərbaycan tarixçisi Mirzə Adıgözəl Bəy kabarları Qarabağın qədim sakinlərindən biri saymışdır. Qarabağ xanlığı dövründə kabarların yaşadıqları yerlər Kabarlı mahalı adlanmışdır [2]

Urartu yazısında Kuarli Q.A.Melikişviliyə görə Kuarli Eçmiədzin və İrəvan yaxınlığında Karmir–blur (azərbaycanca Qızıl-təpə toponiminin ermənicə tərcüməsi) arasındakı vadidə lokalizə olunur. XIX əsrin ortalarına qədər Ermənistanda əhalisi azərbaycanlılardan ibarət Kəvər (XIX əsrin ortalarından NovoBayazit, indi Kamo) adı ilə məlumdur. Demək, Kuarli toponimi zaman keçdikcə –"li" şəkilçisi qəbul etmiş Kəvər formasından düzəlmişdir [3]

Zaqafqaziyada kabar etnonimli etnotoponim XII əsrə aid mənbədə Kabri formasında əksini tapmışdır. Bu kabar sözünün qədim erməni dilindəki deyilişidir. Buradakı – i şəkilçisi mənsubiyyət şəkilçisi ola bilər. Bu etnotoponim Albaniyadakı Tavus (indiki Berd) qalasının ətrafındakı yaşayış məntəqələrinin 1139-cu il siyahısına daxil edilmişdir.

Mənbə

  1. Könül Səmədova. Qərbi Azərbaycan-indiki Ermənistan etnotoponimlərinin arealları (monoqrafiya). Bakı, "Nurlan", 2008,
  2. . Qeybullaev Q.A. К этногенезу азербайджанцев. – Баку: Елм, 1991. -549 с.
  3. Qeybullayev Q.A. Qədim türklər və Ermənistan. – Bakı: Azərnəşr, 1992. – 140s
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.