Kaçkar Dağları Milli Parkı

Kaçkar Dağları Milli Parkı — böyük hissəsi Rizənin Çamlıhemşin ilçəsində, bir hissəsi isə Ərzurum və Artvin illərində yerləşən milli parkdır. 51.550 hektar ərazisi olan milli park Fırtına dərəsi ilə Hemşin dərəsi arasında yerləşən Kaçkar dağları üzərində qurulmuşdur.

Kaçkar dağları Milli Parkı
türk. Kaçkar dağları Millî Parkı
Kaçkar dağları Milli Parkı
Kaçkar dağları Milli Parkı
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 51.550 ha
Yaradılma tarixi 1994
Yerləşməsi
40°51′40″ şm. e. 41°06′04″ ş. u.
Ölkə  Türkiyə
Rayon Rizə, Ərzurum.
Kaçkar Dağları Milli Parkı
Kaçkar dağları Milli Parkı xəritədə
Kaçkar dağları Milli Parkı
Kaçkar dağları Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Yaylaların yerləşməsi
Düşərgə çadırları
Buzlaq gölləri
Endemik Qafqaz meşəgülü

Ümumi məlumat

Sahədə qorunmuş təbii ekosistem, alüvvial meşələr, çayır, kol bitkiləri, yaşıl meşələr, aktual buzlaqlar və onların meydana gətirdiyi şəkillər ilə bölgədə əsrlər boyunca çöl həyat tərzi və mədəniyyəti yaranmışdır.

Milli Parkda tarixi dəyərə sahib olan əsər və qalıqlar ilə mədəni dəyərlər yaranmışdır. Zir qala, Qala-i bala, Elevit qalıqları, Çat körpüsü, tarixi qəsrlər, Vartivor və Hodoçur yayla şənlikləri bunlardan bəziləridir.

Fiziki xüsusiyyətləri

Alp qırışıqlığı erasında əmələ gələn dağ kütlələri ümumiyyətlə qranit və qranit qayalardan ibarətdir. Türkiyədə Pleystosen epoxası dövründə buzlaqların əmələ gəlməsi və hələ də aktiv buzlaqların yarandığı məhdud sahələrdən biridir. Milli Parkda 9 buzlaq vadisi, asılı vadilər, buzlaq gölləri, moren gölləri, buzlaq vadiləri və morenlər yerləşmişdir. Dağların yüksəklərində 0.5 hektardan böyük olan 79 ədəd buzlaq gölü yerləşir.

Təbii həyat

Milli park sahəsində nəmli dərə, meşə, alp və subalp ilə bataqlıq və Akva bitki tipləri təyin olunmuşdur. Endemik yüksəkliyi ilə dünyada 25 əhəmiyyətli ekoloji bölgədən biri hesab olunur.[1]

Fauna

Milli Parkda 30 məməli növü qeydə alınmışdır: Gəlincik, ağac dələsi, dələ, porsuq, vaşaq, su samuru, cüyür, çəngəl buynuzlu dağ keçisi, canavar, ayı, çöl keçisi, çöl donuzunu bu məməlilərə misal göstərmək olar. 12 tipə aid 136 quş növü təyin olunmuşdur. Bunlardan 92-si qəti qoruma altındakı, 34 ədədi isə qorunan fauna növləri siyahısındadır.

Flora

Bölgədə olan 2500 bitki taksonundan 160-ı yerli, 300-ü isə Türkiyə baxımından endemik bitkidir. Meşə gülünün 3000 m yüksəklikdə bitdiyi tək yerdir.[2] Şərqi Qaradəniz meşəsi (Quercus pontica) relikt (qalıq) bir növ olması baxımından əhəmiyyətlidir.[3]

300–1500 metr arasında enliyarpaqlı meşələr geniş yayılmışdır. Vələs, fıstıq, şabalıd, cökə, palıd növləri bu meşələri təşkil edir. Alçaqlıqdakı kol növləri psödomaki formasındadır. 1500 metrdən yüksək ərazilərdə Şərqi Qaradənizə xas şərq küknarı, Şərqi Qaradəniz küknarı, meşə şamı və qarışıq meşələr geniş yayılmışdır. Bu iynəyarpaqlı növlər arasına bəzən tozağacı növləri və əsməqovaq qarışır. Meşələrin yerini 2400 metrdən sonra alp bitkiləri tutur. 2400–2850 m arasındakı şimal yamaclarında Qafqaz meşə gülü, qaragilə ən çox rast gəlinən növlərdir. Qafqaz meşə gülü yanında əyri çayırsaçı (Deshampsia flexuosa), yabanı zanbaq, dağ kələmi (Polyganum bistorta), qəzəlsəbət (Solidago virgo-aurea) kimi su otu növləri bitir. Qayalıq ərazilərdə isə yosunlaraşibyələrə rast gəlmək olar.

Meşə yarusları

51.550 hektar ərazisi olam milli parkın 10.300 hektar qismi meşələrlə örtülüdür. Bu meşələrin 27%-i qurumuş,73%-i isə mormal meşədir. Yusufeli sərhədlərində 89 hektarlıq Meşə şamı meşəsi yerləşmişdir.

  • Alüvvial Meşələr: Fırtına dərəsinin dənizə töküldüyü nöqtədən Çat məhəlləsinə qədər olan sahədə dərənin daşıdığı allüvial qalıqların yığılmasıyla meydana gəlmiş meşə formasıdır. İçində qızılağacların olduğu bu meşələr dərin kök strukturu ilə torpağı eroziyadan qoruyur. Vadinin üst qisimlərində daşqın və sellərlə gələn qalıqları tutmaqla eroziyanın qarşısını alır. Torpağı qoruyan meşələr bu sahələrdə əkinçiliyin inkişafına səbəb olur.
  • Şümşad Meşələri: Əksəriyyəti dərə boyunca yerləşən, bir hissəsi isə yamaclarda cəmlənən meşə formasıdır. Şümşad ağacları 8–32 sm diametrə, 8–9 m uzunluğa malikdir. Bu meşələr bioloji qaynaq olmalarından başqa estetik baxımdan da əhəmiyyətlidir.
  • Yaşlı meşələr: Ağac seqmentinin olmadığı, ağacların çoxunun təbii yetkinliyə çatdığı, mühitdə canlı ağaclarla birlikdə çürümüş, ayaqda quru, çürüməkdə olan ağacların bir arada olduğu meşə formasıdır. Fırtına vadisinin yaxınlığında olan Palovit vadisinin Təbii Yaşlı Meşələri Türkiyənin ən yaxşı qorunmuş təbii meşələrindəndir. Vadi yamaclarının çox dik olması ağac seqmentinə maneə törətmiş, yaşlı ağaclar dövrümüzə qədər gəlib çatmışdır. Fırtına vadisində olan 4603 hektarlıq təbii yaşlı meşələrin Avropadakı təcili daha yaxşı qorumağa ehtiyacı olan 100 meşədən biri olduğu qəbul edilmişdir.

Ərazinin istifadəsi

Ərazinin rekreasiya imkanları aşağıdakı kateqoriyalarda cəmlənib: Təbiət gəzintisi (trekkinq), kanoe sürmə, təbiət fotoqrafiyası, alpinizim, hündürlüyə dırmanma, balıqçılıq, qayıqla gəzinti, xizək sürmə, gəzinti imkanı, təbiət düşərgəsi, dağ velosipedi, çöl həyatı və quş izləmı, öküz döyüşləri, kurort-səhiyyə turizmi və ekstrim idman növləri.

Kaçkar Dağları Milli Parkının uzunmüddətli inkişaf planı hazırlanmış, tur marşrutları, çadır düşərgələri yerləri təyin olunmuşdur.[4]

Nəqliyyat

Qara dəniz sahil yolundan milli parka Çamlıhemşin ilçəsindən getmək olar. Rizə-Çamlıhemşin yolunun uzunluğu 62 km, Çamlıhemşin-Ayder yolunun uzunluğu isə 17 km-dir. Cənubdan çatmaq üçün Ərzurum-Artvin quru yolundan istifadə etmək lazımdır. Sarıgöl, Altıparmak, Yaylalar kəndləri üzərindən də nəqliyyatı təmin etmək mümkündür.[5]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.