KFOR

KFOR (ing. Kosovo Force) və ya digər adı ilə Kosovo QüvvələriNATO-nun rəhbərliyi ilə Kosovoda təhlükəsizliyi təmin etmək məqsədilə təşkil olunmuş sülhməramlı qüvvələr.[1]

KFOR
Kosovo Force
Yaranma tarixi 1999 – davam edir
Ölkə 31 ölkə
Tabedir NATO
Qərargah Kosovo Kosovo Respublikası
jfcnaples.nato.int/kfor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

KFOR 11 iyun 1999-cu ildə, BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinin qəbul edilməsindən iki gün sonra Kosovoya daxil oldu.[2] Həmin vaxt Kosovo ərazisində Serbiya və Monteneqro qoşunları ilə Kosovo Azadlıq Ordusu arasında baş verən gündəlik toqquşmalar nəticəsində ağır humanitar böhran baş vermişdi. Bir milyona yaxın insan məcburi köçkün vəziyyətinə düşmüşdü.[3]

Hal-hazırda KFOR tədricən öz məsuliyyətini Kosovo Polisi başda olmaqla yerli təhlükəsizlik orqanlarına ötürür.[4] 23 may 2016-cı ilə olan məlumata görə KFOR sülhməramlı qoşunlarının tərkibində 4600 nəfər hərbçi xidmət edir.[5]

Məqsədləri

Burada NATO-nun ilkin vəzifələri aşağıdakılardan ibarət idi:[6]

  • Yuqoslav və serb qoşunları tərəfindən Kosovoya qarşı baş verə biləcək istənilən təhdidin qarşısını almaq;
  • Kosovoda təhlükəsiz şərait yaratmaq və onu qoruyub saxlamaq;
  • Kosovo Azadlıq Ordusunu hərbsizləşdirmək;
  • Beynəlxalq humanitar yardıma dəstək vermək;
  • Beynəlxalq mülki iştirakı koordinasiya etmək və dəstəkləmək.

Hal-hazırda isə KFOR etnik mənsubiyyətindən asılı olmayaraq bütün mülki vətəndaşların təhlükəsizlik və sülh şəraitində yaşamağına dəstək olmaqla bərabər, beynəlxalq yardım, demokratiya və vətəndaş cəmiyyətinin tədricən inkişaf etməsinə kömək edir. KFOR-un əsas tapşırıqları aşağıdakı kimidir:

  • Müharibə nəticəsində öz yaşayış yerini tərk edən əhalinin geri qayıtmasına kömək etmək;
  • Yenidən qurma və minasızlaşdırma fəaliyyətinin təşkili;
  • Tibbi yardım;
  • Təhlükəsizlik və ictimai asayişi təmin etmək;
  • Etnik azlıqlar arasında təhlükəsizliyi təşkil etmək;
  • Sərhəd təhlükəsizliyi;
  • Sərhəd keçməklə silah qaçaqçılığına qarşı mübarizə aparmaq;
  • Bütün Kosovo ərazisində silahların, mərmilərin və partlayıcı maddələrin amnistiyası proqramının tətbiqi;
  • Silahların məhv edilməsi;
  • Mülki institutların, hüquq-mühafizə, konstitusiya və cəza sistemi, həmçinin siyasi, iqtisadi və sosial həyatın müxtəlif aspektlərinin yaradılmasına dəstək göstərmək.

KFOR sülhməramlı qoşunları Kosovonun statusu məsələsi tam şəkildə həll olunana qədər fəaliyyət göstərməyə davam edəcək.[7]

Həmçinin bax

İstinadlar

  1. "NATO's role in Kosovo". Nato.int. 10 iyun 2010. 11 iyun 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2018. Today, just under 10,000 troops from the NATO-led Kosovo Force (KFOR), provided by 31 countries (24 NATO and 7 non-NATO), are still deployed in Kosovo to help maintain a safe and secure environment.
  2. "Defense.gov News Article: Larger Kosovo Force Takes to Field". archive.defense.gov (ingilis). 30 September 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 may 2018.
  3. "NATO Topics: NATO in Kosovo". Nato.int. 5 iyun 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2018.
  4. Linda Karadaku. "KFOR commander Buhler vows to protect "global treasures"". Southeast European Times. 8 dekabr 2010. 16 dekabr 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2018.
  5. "Arxivlənmiş surət". 2022-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-09.
  6. "NATO Topics: Kosovo Force (KFOR)". Nato.int. 9 February 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 may 2018.
  7. "NATO Topics: Kosovo Force (KFOR) – How did it evolve?". Nato.int. 20 fevral 2008. 5 iyun 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2018.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.