KE mərmisi

Kinetik enerjili dəlici (həmçinin KE mərmisi kimi tanınır) bir döyüş sursatıdır. Daxilində partlayıcı maddə olmayan və hədəfin içindən keçmək üçün kinetik enerjidən istifadə edən tank əleyhinə mərmidir.

Fransız anti-tank mərmisi və sabotu
APFSDS mərmisi sabotundan ayrılarkən.

Kinetik enerjili mərmilərdən başqa digər tank sursatları kimyəvi enerjidən istifadə edir. Bunlar iki növdür. Birincisi, yüksək partlayıcılı tank əleyhinə mərmi (HEAT), ikincisi yüksək partlayıcı başlıqlı mərmidir (HESH). Bu mərmi növü zirehli texnikaya qarşı hələ də geniş istifadə olunsa da, bugünkü əsas döyüş tanklarının kompozit zirehlərinə və Çobham (Chobham) zirehlərinə qarşı o qədər də təsirli deyildirlər.

Adından başa düşüldüyü kimi, kinetik zireh dəlicilər malik olduqları çəkilərinin ilk sürətindən əldə edilən kinetik enerjidən istifadə edərək zirehi deşirlər. İnkişaf etmiş KE silahlarını maksimum dərəcəyə çıxarılan KE və minimuma endirilmiş sahə effektindən faydalanır:

  • Mərmi qüllədən yüksək ilk çıxış sürəti ilə atılır;
  • Konsentrasiya edilmiş qüvvə ilə çox kiçik bir sahəylə toqquşmasına baxmayaraq, kütlə sürətini saxlayır və mərmi sahib olduğu bu güc ilə vurduğu bölgəni dağıdıb keçir.
  • Bu günkü KE mərmiləri eyni ilə bir oxa oxşayırlar. Azaldılmış uran bu sursatların bir hissəsinin tərkibində istifadə olunur.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.