K2 Black Panther

K2 Black Panther (Hanqıl: K2 '흑표'; Hanca: K2 '黒豹') — Cənubi Koreyanın Hyundai-Kia Automotive Group şirkətinin hazırladığı əsas müharibə tankı. Hazırda K2 Qarab Bəbir dünyanın ən inkişaf etmiş tankı sayılır. Bu tankn imkanları asanlıqla Çin yaxud Şimali Koreyanın döyüş meydanına çıxara biləcəkləri istənilən texnikanı geridə qoyur. Bundan əlavə, bu ən bahalı tankdır. Tankda istifadə olunan möhkəm zirehin tərkibi naməlum qalır. K2 tankının qorunma və əks-hücum mexanizmi mükəmməldir. Bir növ M1A2 markalı ABŞ tankına bənzəyir, amma çəkisi qat-qat yüngüldür. Tank özü avtomatik şəkildə insan müdaxiləsi olmadan hədəfi müəyyən edə və vura bilir. Hədəflər sırasına təkcə maşınlar yox, habelə helikopterlər daxildir. Geniş şəkildə istehsalına 2013-cü ildə başlanmışdır, ilk tank isə 2014-cü ildə orduya təhvil verilmişdir. 1 ədədinin qiyməti 9.5–9.8 milyon ABŞ dollarıdır.

K2 Black Panther
K2 Qara Bəbir
K2 Qara Bəbir
Tipi Əsas döyüş tankı
Ölkə
İstismar tarixçəsi
İstismara başlanması 2014
Xüsusiyyətləri
Ağırlığı 55,0 ton
Zireh Bilinməyən zireh növü
Sürət 70 km/h
Əsas silah 120 mm yivsiz top
Köməkçi silah 1 ədəd K6 ağır pulemyot
Uzunluğu 7,5 m;
10,8 m
Eni 3,60 m
Hündürlüyü 2,40 m
Ekipaj 3 (Kamandir, Sürücü, Nişancı)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstifadə Edən Ölkələr

Hal hazırda aktiv şəkildə Koreya ordusunun silahlanmasında iştirak edir. İnternet üzərində açıq məlumatlara əsasən Cənubi Koreya ordusunda 260 ədəd var.[1]

2007-ci ildə Türkiyə ordusunu yeni tanklarla təhciz etmək üçun K-2 tanklarına maraq göstərməyə başlayır[2]. Bir il sonra isə iki tərəfin razılaşmasına əsasən Türkiyə bu tankların əsasında öz milli tankı olan Altay tanklarının hazırlanmasına başlayır.[3]

Potensial İstifadəçilər

Bu tanklara hal hazırda ən çox maraq göstərən ölkə Polşadır. 2020-ci ilin yanvarında Polşa ilə aparılan danışıqlara görə Polşa gələcəkdə 800-ə qədər K-2 tankı ala bilər[4]. Polşanın alacağı tanklar yeni variantda olacq və K-2PL adnlanacaq.[5]

2020-ci ilin Dekabr ayında Azərbaycan mediasında Pavel Felqenqauer adlı hərbi ekspertə istinadən yayılan xəbərə görə Azərbaycan bu tanklara maraq göstərir.[6]

Azərbaycanın K-2 Tanklarına marağı

2020-ci ildə baş tutmuş İkinci Qarabağ müharibəsində yeni hərbi reallıqlar üzə çıxdı. Azərbaycan ordusunun arsenalında olan İsrail, Türkiyə, Çexiya kimi ölkələrin istehsal etdiyi silahlar keçmiş sovet və müasir Rusiya silahlarını açıq aşkar üstələdi. Hələ müharibənin gedişində Azərbaycan prezidenti Cənab İlham Əliyev müharibədən sonrada yeni müasir silah və texnikaların alınacağını elan elədi. 2020-ci ilin dekabrında rusiyalı hərbi ekspert Pavel Felgenhauer Azərbaycanın müasir K-2 tankları alacağı barədə məlumatlar dolaşmağa başladı[7][8]. Ancaq Azərbaycan tərəfi bu xəbərlərə heç bir reaksiya göstərmədi.

İstinad

  1. https://web.archive.org/web/20190530131100/https://www.janes.com/article/88891/hyundai-rotem-restarts-k2-tank-production
  2. https://web.archive.org/web/20090621213807/http://english.chosun.com/w21data/html/news/200706/200706220024.html
  3. "Arxivlənmiş surət". 2020-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-18.
  4. "Arxivlənmiş surət". 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-18.
  5. "Arxivlənmiş surət". 2020-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-18.
  6. "Arxivlənmiş surət". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-18.
  7. https://www.gaxa.ge/Read/4326%5B%5D
  8. "Arxivlənmiş surət". 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-18.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.