Kəsəmən (Basarkeçər)
Kəsəmən — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd.[2]
Kənd | |
Kəsəmən | |
---|---|
40°17′ şm. e. 45°44′ ş. u. | |
Ölkə | Ermənistan |
Region | Geğarkunik mərzi |
Rayon | Basarkeçər rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2.050 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili |
|
Tarixi
İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı. Kəsəmən kəndinin ərazisi və yaranma tarixi III–V əsrlərdən 1387-ci ilə qədər Alban türklərinin yaşayış yeri, 1387-ci ildən 1500-cü ilə qədər Qazax mahalının əhalisinin yaylaq və otaraq məskənləri olmuşdur. Nəhayət XVI əsrdə (1500) Qazax mahalının Qıraq Kəsəmən kəndindən Göyçə mahalına gələn Şeşəlilər tayfasının banisi Şeşə Əlinin oğlanları Emin və Səfər qardaşları kəndin himini qoymuşdur. Kəndin relyefi qardaşların çox xoşuna gəldiyi üçün həmin yerləri özlərinə daimi yaşayış məskəni seçmişlər. Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına qədər 2 dəfə dəyişdirilmişdir. 1500-cü ildən 1978-ci ilə qədər Kəsəmən, 1978-ci ildən 1988-ci ilin dekabrına qədər Bahar olmuşdur. Kəndin ilk adı Kəsəmən toponimi isə Qazax mahalının Qıraq Kəsəmən kəndinin adı ilə bağlıdır.
Qazaxların Kəsəmən tayfasının adını əks etdirir.
Kənd rayon mərkəzi Basarkeçərdən 15 km məsafədə yerləşir.
25 yanvar 1978-ci ildə kəndin adı Bahar, 19 aprel 1991-ci ildən isə kəndin adı Arpunk qoyulmuşdur.
Coğrafiyası
Rayon mərkəzindən 10 km (avtomobil yolu ilə 15 km) şimalda, dağ ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.
Toponimikası
Toponim qazax türk tayfasının tirələrindən biri olan kəsəmən etnonimi[4] əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Ermənistan SSR AS RH-nin 27 yanvar 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Bahar, Ermənistan prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə isə bir daha dəyişdirilib Artunk qoyulub.
Toponimləri
Kənddə Alban türklərinin yaşamasından bəhs edən kilsə olmuşdur. Kəndin şimal hissəsində Ocaq təpəsi adlanan müqəddəs ziyarətgah dini abidələrdən biridir. Kəndin adları Türk toponimlərindən ibarət yurd yerləri vardır.
Onlardan Bayramın bulağı, Cüt bulağı, Duzlu bulağı, Subatan bulağı, Qurbanəli bulağı, Yun yuyulan bulaq, Koroğlu bulağı, Təkgözənin bulağı, Ağqaya, Kalvayı Vəlinin qayası, Ağdaş qayası, Göyqaya, Şılapqa qayası, Ocaq təpəsi dağı, Dəyirman təpəsi, Koroğlu təpəsi, Şiştəpə, Sarınər təpəsi, Bölgü dərəsi, Nemətin dərəsi, Ağ suyun və qara suyun dərələri, Bənd dərəsi, Məşədi isə dərəsi, Camış ölən dərəsi, Əsəd Binə düşən örüşü, Seyidlər örüşü, Bədəl odluyan örüşü, Hacı-Əlinin böyük yeri, Emin ölən yer, Təndir-torpağı yeri, Dolayılar yeri və Qzaxlının yurdu kimi yerləri göstərmək olar.
Kəndin 4 su dəyirmanı olmuşdur. Ondan ikisi Xudaverdilər tayfasından Məşədi Qurbanəli kişinin, biri Kərimlilər tayfasından, İsgəndər kişinin, o biri də Xudaverdilər tayfasından Hasanalı kişinin dəyirmanları olmuşdur. Həmin dəyirmanlardan İsgəndər kişinin dəyirmanı 1960–1970-ci illərə qədər, Məşədi Qurbanəlinin və Hasanalı kişinin dəyirmanları isə 1945–1946-cı illərə qədər işlənmiş, kənd və ətraf əhalisinə xidmət göstərmişdir.
Kənd rayon mərkəzindən 18 km şimal-qərb tərəfdə, Göyçə mahalının şimal-şərq tərəfində 15 km məsafədə Azərbaycanın indiki Gədəbəy rayonu ilə, şərq tərəfdən 15 km Qaraiman, cənub tərəfdən 3 km Kiçik Məzrə, cənub tərəfdən 1 km, 1926–1927-ci illərdə salınmış erməni kəndi Norakerd, qərb tərəfdən isə 8–10 km məsafədə Göysu kəndləri ilə həmsərhəddir.
Təhsil
Məktəb direktorları | ||
---|---|---|
Soyadı, adı və atasının adı | Başlama tarixi | Bitmə tarixi |
Allahverdiyev Məmmədhüseyn Binnət oğlu | 1928 | 1930 |
Hacıyev İsgəndər Qurbanəli oğlu | 1930 | 1932[5] |
Hüseynov Hüseyn Həsən oğlu | 1932 | 1941 |
Cabbarov Adil Nadir oğlu | 1942 | 1944 |
Hacıyev İsgəndər Qurbanəli oğlu | 1944 | 1971[5] |
Abbasov İslam Zal oğlu | 1971 | 1978 |
Xudiyev Əziz Məşədi oğlu | 1978 | 1981 |
Alıyev Musa Hüseyn oğlu | 1981 | 1988 |
1924–1925-ci illərdə kənddə dövlət tərəfindən ilk məktəb açılmışdır. Məktəbin inzibati binası olmadığı üçün dərslər imkanlı şəxslərin evlərində keçirilmişdir. 1941-ci ilə qədər ibtidai IV illik, sonra VII illik, 1960-cı illərin sonuna qədər VIII illik, 1970-ci illərdən sonra isə tam orta məktəb olmuşdur. 1966-cı ildə iki mərtəbəli yeni məktəb binası istifadəyə verilmişdir.[6]
1965-ci ildə uzun müddət məktəb direktoru işləmiş, Ermənsitan SSR-nin əməkdar müəllimi (1950) İsgəndər Hacıyevin anadan olmasının 60 illik yubileyi rayon səviyyəsində keçirilmişdir.[7]
Təxminən 1967-ci ildə kənddə uşaq bağçası fəaliyyətə başlamışdır. İlk müdir Güləsər olmuşdur. Sonrakı illərdə Gülruba, 1984-cü ildən sonra isə Bəsti Əliyeva olmuşdur.[8]
İqtisadiyyatı
Kolxoz sədrləri | ||
---|---|---|
Soyadı, adı və atasının adı | Başlama tarixi | Bitmə tarixi |
Elbəyi (Nərimanlı kəndi) | 1930 | 1936 |
Rzayev Qəhrəman Rza oğlu | 1936 | 1937 |
Balıyev Qara Hüseyn oğlu | 1937 | 1942 |
Vəliyev İman İbrahim oğlu | 1942 | 1943 |
Əsədov İsmayıl | 1943 | 1946 |
Allahverdiyev Məmmədhüseyn Binnət oğlu | 1946 | 1950 |
Hüseynov Abbasəli | 1950 | 1954 |
Abbasov İslam Zal oğlu | 1954 | 1959 |
Hüseynov Musa Cabbar oğlu | 1959 | 1961 |
Allahverdiyev Nəriman | 1961 | 1963 |
Allahverdiyev Məmmədhüseyn Binnət oğlu | 1963 | 1965 |
Abbasov İslam Zal oğlu | 1965 | 1971 |
Hüseynov Hüseyn Həmzə oğlu | 1971 | 1973 |
Həbibullayev Əsədulla | 1973 | 1978 |
Hüseynov Musa Cabbar oğlu | 1978 | 1981 |
Abbasov Vəli Mehralı oğlu | 1981 | 1988[9] |
İbrahimov Nazim | 05.1988 | 12.1988 |
Kənddə kolxoz quruculuğu 1930-cu illərdə başlamışdır. Kənddə əsasən heyvandarlıq və əkinçilik inkişaf etmişdir.
Əhalisi
Kənddə 1831-ci ildə 166 nəfər, 1873-cü ildə 379 nəfər, 1886-cı ildə 492 nəfər, 1897-ci ildə 671 nəfər, 1908-ci ildə 713 nəfər, 1914-cü ildə 966 nəfər, 1916-cı ildə 894 nəfər azərbaycanlı yaşamışdır[10].
1919-cu il aprelin 13–20-də azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşlar[11]. İndiki Ermənistanda sovet hakimiyyəti qələbə çalandan sonra sağ qalan azərbaycanlılar geri qayıda bilmişlər. 1922-ci ildə burada 249 nəfər, 1926-cı ildə 414 nəfər, 1931-ci ildə 569 nəfər[12], 1939-cu ildə 758 nəfər, 1959-cu ildə 583 nəfər, 1970-ci ildə 891 nəfər, 1979-cu ildə 955 nəfər[13], 1987-ci ildə 1200 nəfər[14] azərbaycanlı yaşamışdır.
1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşlar. İndi burada ermənilər yaşayır.
Kəsəmən kəndində Şeşə Əlilər, Xudaverdilər, Tapanlılar, Kor Hüseynlilər, Usuflular, Kərimlilər, Hacı Əlilər, Abdullalılar, Səfərlilər kimi tanınan nəsillər yaşamışdır.[15]
|
Tanınmışları
- Dövlət xadimləri
- Qəşəm Aslanov — Şuşa, Abşeron və İsmayıllı rayonlarının birinci katibi.
- Sərdar Kərimov — Azərbaycanın əməkdar həkimi, Azərbaycan Respublikası Səhiyyə nazirinin 1-ci müavini (1999–2003).
- Xəzər Aslanov — Xızı Rayon İcra Hakimiyyətinin başçısı.
- İnam Kərimov — Azərbaycan Respublikasının Kənd təsərrüfatı naziri.
- Mətin Kərimli — Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini.
- Məhəmməd Bayramov — Azərbaycan Respublikasının Əməkdar müəllimi (30.09.2009)[18]
- Rövşən Aslanov — Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin rəisi, polkovnik.
- Alimləri
- Ziyad Abbasov — Azərbaycanın Əməkdar ixtiraçısı, Əməkdar kənd təsərrüfatı işçisi.
- Ələddin Allahverdiyev — Azərbaycan, Rusiya və SSRİ alimi, professor.
- Məhəmmədhəsən Qafarov — biologiya elmləri doktoru, professor.
- Zülfüqar Quliyev — biologiya elmləri doktoru, professor.
- İbrahim Axundov — riyaziyyat elmləri namizədi.
- Könül Bünyadzadə — şərqşünas alim, fəlsəfə elmləri doktoru, AMEA-nın müxbir üzvü.
- Almaz Ülvi — yazıçı-publisist, filologiya elmləri doktoru.
- İsrafil Cabbarov — fizika-riyaziyyat elmləri namizədi.
- İsa Ələkbərov — alim.
- Ələddin Ələkbərov — kənd təsərrüfatı elmləri namizədi.
- Əziz Ələkbərov — iqtisadiyyat elmləri doktoru.
- Şair və yazıçıları
- Ülvi Bünyadzadə — şair, publisist.
- Səyyarə Məmmədli — şair-yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
- Asəf Orucoğlu — "Millət" qəzetinin redaktoru və baş redaktoru.
- Əli Coşqun — şair
- Şair Musa Kərimov — şair
- Sahib İbrahimli (Axundov) — şair, publisist, dramaturq.
- İncəsənət xadimləri
- Aşıq Bayra
- Aşıq Bəşir Bayram oğlu
- Aşıq Nağı Qulu oğlu Bədəlov (1880–1976) — Aşıq Ələsgərin şəyirdi.[19]
- Məmmədəli Balayev — Azərbaycan Respublikasının xalq artisti.
- Lalə Hüseynzadə — rəssam.
- Din xadimləri
- Molla Əsgər — Nəcəfdə ali dini təhsil almışdır
- Molla Musa Əsgər oğlu
- Molla Məşədi
- Molla İsaq
- Molla Muxtar
- Təltif olunanlar
- İsmayılov Oruc — Şöhrət ordeninin hər iki dərəcəsi
- Ələkbərov Qara — Qızıl Ulduz ordeni, leytenant
- Əli Nağı oğlu — Qızıl Ulduz ordeni
- Allahverdiyev Məmmədhüseyn Binnət oğlu — "Qafqazın müdafiəsinə görə" medalı, "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı, kiçik leytenant
- Bayramov İbrahim — İtaliya müqavimət hərakatı
- Qarabağ müharibəsi şəhidləri
- Cabbarov Kamal A.o. — Birinci Qarabağ müharibəsi şəhidi.
- İsgəndərov Elbrus S.o. — Birinci Qarabağ müharibəsi şəhidi.
Qaçqınlıq
Kənd əhalisi 1905–1907-ci illərdəki I qaçqınlıq zamanı zorla doğma yurdlarından çıxarılaraq qaçqın düşmüşlər. Kənd əhalisi Daşkəsən, Gədəbəy, Samux və başqa yerlərdə məskunlaşmışdır. Kənd əhalisi 1907-ci ilin yazında doğma yurdlarına qayıtmış, az bir hissəsi məskunlaşdığı ərazidə qalmışdır. Kəndin təxminən 50–60 evi, 150–200 nəfərə yaxın əhalisi olmuşdur.
Kənd əhalisi 1018–1920-ci illərdəki II qaçqınlıq zamanı zorla doğma yurdlarından çıxarılaraq qaçqın düşmüşdür. Kənd əhalisi Daşkəsən, Gədəbəy, Samux, Şəmkir, Gəncə və başqa yerlərdə məskunlaşmışdır. Kənd əhalisi 1921-ci ilin yazında doğma yurdlarına qayıtmış, az bir hissəsi məskunlaşdığı ərazidə qalmışdır. Qaçqınlıq zamanı kəndin təxminən 70–80 evi, 400 nəfərə yaxın əhalisi olmuşdur. 1948–1953-cü illərdəki III qaçqınlıq zamanı kənd əhalisi doğma yurdlarından çıxarılaraq qaçqın düşmüşdür. Kənd əhalisi Tərtər rayonunun Qaradağlı kəndində məskunlaşmış, çox hissəsi 1955–1956-cı illərə qədər yenidən doğma kəndinə qayıtmış, təxminən 25–30 evi, 120–140 nəfərə yaxın əhali Qaradağlı kəndində qalmışdır. Qaradağlı kəndində yaşamaqla bərabər kənd yaxınlığındakı Təzəkənd adlanan yeni yaşayış məntəqəsini də özləri üçün daimi yaşayış məntəqəsi seçdilər.1988–1991-ci illərdəki IV qaçqınlıq zamanı əhalisi tamamilə doğma yurdlarından çıxarılaraq qaçqın düşmüşdür. Kənd əhalisi Bakı, Gəncə, Şəmkir, Gədəbəy, Tərtər, Xanlar, və başqa yerlərdə məskunlaşıblar. Kənd əhalisi bu günə qədər həmin yerlərdə yaşayırlar. Kəndin 160 evi, 1000 nəfərə yaxın əhalisi olmuşdur. Aparılan statistik məlumatlara görə Kəsəmən kəndinin 1905-ci ildən 1988-ci ilin dekabrına qədər 1000-dən çox evi, 10 000 nəfərə yaxın əhalisi olmuşdur.
İstinadlar
- Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.156
- Велиев М.Г. Населения Азербайджан. "Музей этнографический сокровищ". – Азербайджанский настольный календарь, Баку, 1925. s.393
- Cəfərov, Cəfər; Allahverdiyev, Cəlal. Təhsil tariximizdən: İrəvan Pedaqoji Məktəbi (PDF) (az.). Bakı: Orxan NPM. 2017. səh. 184. 2022-06-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-04.
- Almaz Ülvi. Göyçə mahalı Kəsəmən: bir kəndin tarixindən səhifələr. I. Bakı: CBS. 2011. səh. 136-138.
- Məhəmmədhəsən Qafarov. Xalqa həsr olunmuş 36 il // Bolluq uğrunda. 17.11.1965.
- Almaz Ülvi. Göyçə mahalı Kəsəmən: bir kəndin tarixindən səhifələr. I. Bakı: CBS. 2011. səh. 188-189.
- Məhərrəmov, Qəşəm; Məhərrəmov, İntiqam. Başı dumanlı Göyçə. Gəncə: E.L. 2007. səh. 269. ISBN 978-9952-438-09-3.
- Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.26–27, 112–113
- История Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.249, 305
- Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.26–27, 112–113
- Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.567
- Ermənistan Azərbaycanlılarının tarixi coğrafiyası Arxivləşdirilib 2021-09-27 at the Wayback Machine // Tərtib edəni: S. Əsədov; Elmi red. B. Budaqov, Q. Qeybullayev. Bakı: "Gənclik", 1995. ISBN 5-8020-0852-0. s.280
- Ülvi, Almaz. Göyçə mahalı Kəsəmən. Bakı: CBS. 2011. səh. 269.
- Հայաստանի Հանրապետության բնակավայրերի բառարան (erm.). Երևան: 2008. 184 s.
- Կորկոտյան Զ. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) (erm.). Երևան: 1932. 185 s.
- "Azərbaycan Respublikasında təhsilin inkişafında və təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsində xüsusi xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2009-cu il tarixli Sərəncamı" (az.). edu.gov.az. 30.09.2009. 2022-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2022.
- "Aşıq sənəti simalarda: Nağı Bədəlov. 1880 - 1976". 2017-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-05.
Ədəbiyyat
- "Azərbaycan Respublikası Xatirə Kitabı", XIII cild, "Respublika Xatirə Kitabı" redaksiyası, Bakı, 2013. səh. 545–547. (Toplayıb tərtib edəni: Araz Yaquboğlu)