Kərkincək qızılquş
Kərkincək qızılquş (lat. Falco vespertinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.[3]
Kərkincək qızılquş | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Neoaves Klad: Passerea Klad: Telluraves Klad: Australaves Klad: Eufalconimorphae Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Kərkincək qızılquş |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təsviri
28–30 sm ölçüdə kiçik yırtıcı quşdur. Erkək fərdlər üçün bozumtul göy rəngli bel və qarın hissə, qırmızımtıl ayaqlar, dimdik və göz ətrafı halqa xarakterikdir. Dişilərdə sinə və qarın hissə narıncı rəngdədir. Göz ətrafı halqa qaradır.
Yayılması
Şərqi Avropada, Qərbi və Mərkəzi Asiyada yuvalayır. Qışlamaq üçün Afrika ölkələrinə köç edir. Azərbaycanda olduqca azsaylı növdür. XX əsrin əvvəllərində Muğan düzündə və ortalarında az sayda payız köçündə Qızılağac qoruğu ərazisində qeydə alınmışdır. 2010-cu ildə isə ilk Şirvan Milli Parkının ərazisində 1 cütün yuvalaması qeydə alınmışdır və aparılan monitorinqin nəticələri bu cütün artıq üç ildir ki müntəzəm olaraq ərazidə yuvaladığını göstərir.
Həyat tərzi
Dəniz səviyyəsindən 300–1500 m yüksəkliyə qədər ərazirlərdə yaşayır. Seyrək ağaclıqlar olan düzən ərazilərdə, əkin sahələri və otlaqlara yaxın sahələrdə yuvalayır. Qidasının əsasən iri cücülər, eləcə də kiçik quşlar və məməlilər təşkil edir.
Sayı
Dünya populyasiyası 300,000–800,000 fərd, Avropa populyasiyası isə 26,000–39,000 cüt olaraq qiymətləndirilir. Azərbaycanda yuvalamada cəmi bir cüt məlumdur.
Qorunması üçün qəbul edilmiş tədbirlər
Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, AB-nin Quş direktivinin 1-ci Əlavəsinə daxil edilmişdir. Avropa mühafizə statusuna malikdir (Vulnerable —həssas növ), CİTES, Bern və Bonn konvensiyalarına daxil edilmişdir. Şirvan Milli Parkında qorunur.
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 1996.
- IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
- "Azərbaycanda təhlükədə olan quşlar". 2013-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-22.