Kərkibaş
Kərkibaş, Şəfəq — Göyçə mahalının Basarkeçər rayonuda kənd.
Kərkibaş | |
---|---|
40°12′ şm. e. 45°41′ ş. u. | |
Ölkə | Ermənistan |
Rayon | Basarkeçər rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.952 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
|
Tarixi
İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı.[2] XIX əsrin əvvəllərində yaşamış Kərkibaş tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Kənd rayon mərkəzi Basarkeçərdən (Vardenis) 13 km məsafədə yerləşir. 25 may 1967-ci ildə kəndin adı Şəfəq, 19 aprel 1991-ci ildə kəndin adı Vanevan qoyulmuşdur.
Mədəniyyəti
Kərkibaş — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 5 km cənubda, Göyçə gölünün yaxınlığında yerləşir.
Toponimi
Toponim qazax tayfasına məxsus kərkibaşlı etnonimi əsasında[3] əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 25. V.1967-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Şəfəq, Ermənistan prezidentinin 19. IV.1991-ci il tarixli formanı ilə yenidən dəyişdirilib Vanevan qoyulmuşdur.
Əhalisi
Kənddə 1873-cü ildə 183 nəfər, 1886-cı ildə 255 1897-ci ildə 301 nəfər, 1908-ci ildə 306 nəfər, 1914-cü il nəfər, 1916-cı ildə 369 nəfər azərbaycanlı yaşamışdır[4]. 1918–1919-cu illərdə azərbaycanlılar qırğınlarla ermənilər tərəfindən qovulmuşdur[5]. 1920-ci ildə indiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra kəndin sakinlərindən sağ qalanları öz doğma kəndlərinə dönə bilmişdir. 1922-ci ildə burada 166 nəfər, 1926-cı ildə 174 nəfər, 1931-ci ildə 224 nəfər azərbaycanlı yaşamışdır[6]. 1988-ci ildə azərbaycanlılar yenidən Ermənistan dövləti tərəfindən öz doğma kəndlərindən qovulmuşlar. İndi burada yalnız ermənilər yaşayır.
Görkəmli şəxsiyyətləri
- Ağ Aşıq — ustad aşıq
- Elbrus Cəfərov — İstanbul Texniki Universitetinin Aero-Kosmik fakültəsinin kafedra müdiri (1996 – indi), professor (1987). "Ən yaxşı ixtiraçı" (1981), Leninqrad Beynəlxalq Texnologiya Kibernetika Akademiyasının üzvü (1988),
|
İqtisadiyyatı
Əkinçilik və heyvandalıq
İstinadlar
- Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Кәркибашг // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
- Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852. s.535
- erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.26–27, 112–113.
- История Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.249
- erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.26–27, 112–113
- Հայաստանի Հանրապետության բնակավայրերի բառարան (erm.). Երևան: 2008. S. 187. 184 s.