Kərkənc
Kərkənc – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Şamaxı rayonunun Kərkənc kəndi Mədrəsə qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Kərkənc kənd Soveti yaradılmışdır.[1]
Kərkənc | |
---|---|
40°35′01″ şm. e. 48°34′03″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 760 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
|
Toponimikası
Oykonim qıpçaqların kərki və əncə tayfa adlarını əks etdirir. XIX əsrdə Altayda tubaların və toqusların yaşadığı Kərkəc adlı əyalət qeydə alınmışdır.[2]
Tarixi
İddiaya görə kəndin əsası 400 il əvvəl qoyulub.
Coğrafiyası və iqlimi
Kənd Kərkənc yaylasında yerləşir.
Əhalisi
Kənddə 1989-cu ilə qədər ermənilər yaşayıb. 1989-cu ildə kəndin erməni əhalisi Qərbi Azərbaycandakı azərbaycanlı kəndi Qızıl Şəfəq ilə yerlərini qarşılıqlı razılaşma ilə dəyişiblər.[3] Hazırda kəndin əhalisi 738 nəfərdir ki, onun da 356 nəfərini kişilər, 352 nəfərini isə qadınlar təşkil edir.
İstinadlar
- "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
- Kərkənc // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- "Azərbaycanlıar və ermənilər kəndlərini dəyişdilər". 2021-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-18.