Kərimbəyovlar
Kərimbəyovlar — Azərbaycan xalqın tanınmış soylarından biri.
Kərimbəyovlar | |
---|---|
Titul | Bəy |
Qohum soylar | Hacıəlililər |
Mənşəyi | Kərimbəyli (Füzuli) |
Təbəəliyi |
Qaradağ xanlığı, Rusiya imperiyası |
Soyun yaranması
Kərimbəyli obasının ünlü uruqlarından biri Kərimbəy uşağıdır. Kərim bəy Balu bəy oğlu XVIII əsrin ortalarında yaşayıb. Qaradağ vilayətində butalanan Hacıəlili elinin Qızılca qışlağında olurmuş.
Kərim bəy Nazlı xanımla və Yaxşı xanımla dünya evinə girmişdi. Abdulla bəy, Qasım bəy, Fətulla bəy və Məmmədqulu bəy adlı oğulları vardı.
Kərim bəyin övladları 1820-ci ildə Qarabağa üz tutub, Cəfərqulu xan Sarıcalı-Cavanşirin mülkü olan yurdda binələdilər.
Soyun tanınmış nümayəndələri
- Fətulla bəy Kərimbəyov — Kiyev Universitetinin məzunu, notarius, sahibkar.
- Bəhram bəy Kərimbəyli — sərhəd komandiri, milis rəisi.
Mənbə
- Ənvər Çingizoğlu. Kərimbəyovların bir qolu. "Soy" elmi-kütləvi dərgi, 2007, №1, səh.31–39;
- Ənvər Çingizoğlu. Kərimbəyovların bir qolu. II yazı. "Soy" elmi-kütləvi dərgi, 2008, №1, səh.23–27;
- Ənvər Çingizoğlu. Kərimbəyovların bir qolu. III yazı. "Soy" elmi-kütləvi dərgi, 2011, №2, səh.12–21.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.