Kərim xan Kəngərli
Kərim xan Kəngərli — Naxçıvan xanı.
Kərim xan Kəngərli | |
---|---|
fars. كريم خان کنگرلو | |
1808 – 1808 | |
Əvvəlki | Kəlbəli xan Kəngərli |
Sonrakı | Kəlbəli xan Kəngərli |
Naxçıvan xanlığının XXIV xanı | |
1820 – 1822 | |
Əvvəlki | Nəzərəli xan Kəngərli |
Sonrakı | Hüseyn Mirzə |
Naxçıvan xanlığının XXVI xanı | |
1823 – 1826 | |
Əvvəlki | Hüseyn Mirzə |
Sonrakı | Məhəmməd Bağır xan Kəngərli |
Naxçıvan xanlığının XXVIII xanı | |
1826 – 1828 | |
Əvvəlki | Məhəmməd Bağır xan Kəngərli |
Şəxsi məlumatlar | |
Atası | Kəlbəli xan Kəngərli |
Dini | Şiə İslam |
Hakimiyyəti
Kəlbəli xanın ölümündən sonra Naxçıvan xanlığının idarəsini xanın böyük oğlu Nəzərəli xan öz əlinə aldı. Lakin tezliklə Kəlbəli xanın qardaşı oğlu Kərim xan Kəngərli hakimiyyəti öz əlinə keçirdi. Lakin o da hakimiyyətdə iki ildən artıq qala bilmədi. 1822-ci ildə Hüseyn Mirzə Naxçıvan xanlığının hakimi oldu. Bir il sonra isə, 1823-cü ildə Kərim xan yenidən hakimiyyətə qayıtdı.[1] Kərim xan Kəngərlinin hakimiyyətdə olduğu dövr (1823–1827) ikinci Rusiya—İran müharibəsinin başlandığı dövrə təsadüf edir. Lakin Kərim xan yenə də hakimiyyətdə çox qala bilmədi. Şahzadə Abbas Mirzə onu Məhəmməd Bağırla əvəz etdi. O, şahzadənin etimadını doğrultmadığı üçün ikinci Rusiya—İran müharibəsi ərəfəsində sabiq Kərim xanla əvəz edildi.[1]
Kərim xanın Naxçıvan xanlığındakı hakimiyyəti fasilələrlə 1827-ci ilə qədər davam etmişdir.
İstinadlar
- "Əliyev F., Əliyev M. Naxçıvan xanlığı. Azərnəşr, 1996. səh.66" (PDF). 2020-10-21 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-09-08.
Həmçinin bax
- Naxçıvan xanlarının siyahısı
Xarici keçidlər
- Musa Rəhimoğlu. "Naxçıvan xanlığının sonuncu xanı kim olub?" (az.). "525-ci qəzet". 13 aprel 2017. 2020-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-01.