Kərim bəy Novruzov
Kərim bəy Mirzə Baba bəy oğlu Novruzov (1838-?) — Rusiya İmperator Ordusunun zabiti, Rusiya-Osmanlı müharibəsinin qəhrəmanı, polkovnik.
Kərim bəy Novruzov | |
---|---|
Kərim bəy Mirzə Baba bəy oğlu Novruzov | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qovlar, Yelizavetpol dairəsi, Tiflis quberniyası, Rusiya imperiyası |
Atası | Mirzə Baba bəy Novruzov |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Qoşun növü | süvari |
Xidmət illəri | 1853-1887 |
Rütbəsi | polkovnik |
Döyüşlər | Qafqaz müharibəsi, Rusiya-Osmanlı müharibəsi (1877-1878) |
Təltifləri |
Həyatı
Kərim bəy Mirzə Baba bəy oğlu 1838-ci ildə Yelizavetpol qəzasının Qovlar kəndində anadan olmuşdu. Tiflis kadet korpusunda oxumuşdu.
1854-cü ildə vəkil kimi Zaqafqaziya atlı alayında hərbi xidmətə başlamışdı.
3 iyun 1856-cı ildə fərqləndiyinə görə praporşik rütbəsinə layiq görülmüşdü. 28 oktyabr 1878-ci ildə podpolkovnik, 24 dekabr 1886-cı ildə polkovnik rütbəsi almışdı.
1914-cü il sentyabrın 17-də Müqəddəs Georgi ordeninin o zamanlar sağ qalmış ən qocaman daşıyıcısı polkovnik Kərim bəy Novruzov Rusiya İmperatorunun saray qrenaderlar potasının (Rusiya imperatorları yanında fəxri keşikçi (qarovul) xidmətini daşıyan xüsusi hərbi hissə) komandiri vəzifəsinə təyin olunmuşdu[1].
Mükafatları
Kərim bəy mayor rütbəsində 31 iyul 1877-ci ildə 3-cü dərəcəli "Müqəddəs Georgi", Osmanlı müharibəsində 17 may 1877-ci ildə, Bəyli Əhməd ətrafında 2 silah və Musa Kunduxovun nişanını almışdı.
3 aprel 1878-ci ildə, Osmanlı savaşında Alacin civarında fərqləndiyi üçün "igidliyə görə" yazılı qızıl qılıncla təltif olunmuşdu.
Həmçinin bax
1.↑ Шефы и командиры Роты Дворцовых Гренадер