Kərim Tahirov
Kərim Məhəmməd oğlu Tahirov (12 noyabr 1951, Ağcabədi rayonu) — Azərbaycan Milli Kitabxanasının direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi,[1] professor.[2][3]
Kərim Tahirov | |
---|---|
azərb. Tahirov Kərim Məhəmməd oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Ağcabədi, Azərbaycan SSR, SSRİ |
Elmi adı | professor |
İş yeri | Azərbaycan Milli Kitabxanasının direktoru |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Tahirov Kərim Məhəmməd oğlu 1951-ci il noyabr ayının 12-də Ağcabədi rayonunda anadan olmuşdur. 1973–1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil almışdır. 1978-ci ildə təyinatla M.F.Axundov adına Azərbaycan Dövlət Respublika Kitabxanasına (indiki Azərbaycan Milli Kitabxanası) göndərilmiş, 1979–1982-ci illərdə Elmi-metodiki şöbədə (indiki Kitabxanaların metodik təminatı şöbəsi) böyük kitabxanaçı, baş kitabxanaçı, böyük redaktor, bölmə müdiri vəzifələrində çalışmışdır. 1983–1987-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin baş Kitabxana müfəttişliyinin böyük müfəttişi, 1987–1988-ci illərdə rəisi, 1988–1989-cu illərdə Mədəni-maarif Müəssisələri İdarəsinin, 1989–1993-cü illərdə Mədəni-kütləvi işlər, Kitabxana və Muzey işləri Baş İdarəsinin baş müfəttişi, 1993–2000-ci illərdə Kitabxana və Muzey işləri baş idarəsinin rəisi vəzifəsində işləmişdir. 2000–2005-ci illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasının (indiki Azərbaycan Milli Kitabxanası) Metodik və nəşriyyat işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. 2005-ci ildən hal-hazıradək Azərbaycan Milli Kitabxanasının direktoru vəzifəsində çalışır.[2][3]
2009-cu ildə "M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı (1923–1959-cu illər)" mövzusunda dissertasiya işini[4][5] uğurla müdafiə edərək tarix elmləri namizədi (tarix üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır. O, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində pedaqoji fəaliyyətlə məşğul olur, gənc ixtisaslı kadrların yetişdirilməsinə xidmət göstərir. 2012-ci ildə Kitabxanaşünaslıq kafedrasının dosenti, 2013-cü ildə professoru elmi dərəcəsi almışdır.[3]
Professor K.Tahirov dünyanın 40-dan artıq ölkəsində keçirilən elmi konfranslarda və elmi simpoziumlarda elmi məruzələrlə çıxış etmiş, elmi məqalələri bir sıra ölkələrin elmi jurnallarında dərc olunmuşdur. BDU-nun kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq ixtisasları üzrə ixtisaslaşdırılmış Dissertasiya Şurasının üzvüdür, bu ixtisas üzrə bir neçə fəlsəfə doktorları və magistrlarının elmi rəhbəri və rəsmi oponenti olmuşdur.[3]
Prof. Kərim Tahirovun rəhbərliyi dövründə Milli Kitabxana respublikanın ictimai həyatında fəal iştirak etməyə başlamış, oxuculara xidmət sahələrinin tam şəkildə avtomatlaşdırılması təmin olunmuş, müxtəlif mövzulara dair 50-dən artıq fundamental biblioqrafiyalar tərtib edilərək çap olunmuş, cari biblioqrafiya və informasiya göstəricilərinin, "Elmi əsərlər"in nəşri bərpa edilmiş, kitabxananın elektron kataloqu, elektron kitabxanası, Elmi Şurası yaradılmışdır, 34 xarici ölkənin milli kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair memorandumlar imzalanmışdır.[3]
2006-cı ildən Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq ixtisasları üzrə Dövlət İmtahan Komissiyasının sədri, 2007-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında Ekspert Komissiyasının sədri, 2013-cü ildən isə Milli Kitabxananın Elmi Şurasının sədridir.[2][3]
Ailəlidir, iki övladı, dörd nəvəsi var.
Təltif və mükafatları
- Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.[6]
- 2013-cü ildə "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[7]
- 2014-cü il 10 yanvar tarixində TÜRKSOY-un yaradılmasının 20 illiyi münasibətilə medalla təltif olunmuşdur.[8]
- 2014-cü ildə "QIZIL FORTUNA" Beynəlxalq reytinqli texnologiyalar və Sosiologiya Akademiyasının medalı ilə təltif edilmişdir.[2]
- Nazirlər Kabinetinin 12 sentyabr 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollegiyasının üzvü təyin olunmuşdur.[9]
- 28 oktyabr 2019-cu ildə mədəniyyət nominasıyası üzrə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.[3][10][11]
- 2019-cu il, 24 dekabr tarixində Azərbaycan Milli Kitabxanasında "İmadəddin Nəsimi. Biblioqrafiya" adlı yeni kitabın işıq üzü görməsi münasibətilə "Ziyadar" mükafatına layiq görülüb.[12]
Beynəlxalq qurum və təşkilatlarda üzvlüyü
- 2003-cü ildən Avrasiya Kitabxanalar Assambleyasının (BAE) üzvü,[13] 2015-ci ildən isə vitse prezidentidir.[3][14]
- 2003-cü ildən Avropa Milli Kitabxanaları Konfransı (CENL) beynəlxalq təşkilatının üzvü;[15]
- Dünya elektron kitabxanasının (WDL) üzvü;[13]
- 2007-ci ildən Türkdilli ölkələrin Milli Kitabxanalar Şurasının və İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının üzvü;[13]
Biblioqrafiya
Kərim Tahirov 50-dən artıq kitab, kitabça, metodik vəsaitin və fundamental biblioqrafiyaların müəllifi, tərtibçisi və redaktoru olmuşdur. İlk kitabxana ensiklopediyasının hazırlanması işinə rəhbərlik etmiş və baş redaktoru olmuşdur. 200-dən artıq elmi məqalənin müəllifidir. "Azərbaycan Milli Kitabxanasının Elmi Əsərləri"nin, "Əlamətdar və tarixi günlər təqvimi"nin, "Azərbaycan kitabı" on cildlik milli biblioqrafiya repertuarının baş redaktorudur.[3]
Əsərləri
- Bakı şəhərində kitabxana-klub: yaddaş. Bakı: Kommunist, 1986.-16 s.
- Kitabxana işinə dair normativ aktlar: [Qanun və qanun qüvvəli normativ hüquqlu sənədlər toplusu] -Bakı: M. F. Axundov adına Azərbaycan Dövlət Kitabxanası, 2001.-52 s.
- Kitabxana işinə dair normativ sənədlər: [Qanun və qanun qüvvəli normativ sənədlər toplusu]/ M. F.Axundov adına Azərbaycan Dövlət Kitabxanası.-Bakı, 2001.-48 s.
- Kitabxana fondlarının məzmunca köhnəlmiş ədəbiyyatdan təmizlənməsi və mühafizəsi: [normativ sənədlər toplusu] -Bakı: M.F. Axundov ad. Azərbaycan Dövlət Kitabxanası, 2002.-32 s.
- Kitabxana işinə dair normativ aktlar: Qanun və qanun qüvvəli normativ hüquqlu sənədlər toplusu /Tərtib edən: K. M. Tahirov; Red.: Ş. Əhmədova və b.; M. F. Axundov adına Azərbaycan Milli Kitabxanası. Bakı, 2004, 52 s.
- M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının tarixi (1923–2008-ci illər). Bakı: Ulu, 2008, 218 s.
- Ölkəşünaslıq biblioqrafiyası: [Kitabxanaçılıq-informasiya fakültəsi üçün "Kitabxanaçılıq və informasiya" ixtisası üzrə bakalavr pilləsi üçün fənn proqramı]/ Azərb. Resp. Təhsil Nazirliyi, BDU.-Bakı: Bakı Universiteti, 2011.-12 s.
- Azərbaycan xalçası: [biblioqrafiya]. Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi; M. F. Axundov ad. Milli Kitabxana.-Bakı, 2012.-438 s.
- Dünya milli kitabxanaları: M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası. (dərs vəsaiti) -Bakı: Bakı Universiteti Nəşriyyatı, 2013. — 212 s.[16][17]
- Azərbaycan Milli Kitabxanası Böyük Vətən müharibəsi illərində: (1941–1945-ci illər). — Bakı: Zərdabi Nəşr MMC, 2020.- 80 s.[3]
Tərcümələri
- Mərkəzləşdirilmiş kitabxana sistemlərində işin təşkili: [təlimatlar və uçot formaları]/ Azərb. SSR Mədəniyyət Nazirliyi. M.F.Axundov adına Azərb. Dövlət Kitabxanası. — Bakı, 1988. — 176 s.
Xarici keçidlər
- anl.az — Azərbaycan Milli kitabxanasının rəsmi veb saytı.
- millikitabxana.az — Azərbaycan Milli kitabxanasının rəsmi veb saytı.
- Iran, Azerbaijan seek national libraries development of cooperation — İslamic Republic News Agency
- Survey of National Library Spaces and Services — cenl.org (The Conference of European National Librarians)
İstinadlar
- M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının əməkdaşlarına "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı Arxivləşdirilib 2020-07-11 at the Wayback Machine — İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. Bakı şəhəri, 17 noyabr 2008-ci il.
- "Abdullayeva Adilə. Kitablarla bağlı şərəfli alim ömrü // Səs.- 2016.- 12 noyabr.- S.12". 2019-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-23.
- Arxivləşdirilib 2021-05-30 at the Wayback Machine Əməkdar mədəniyyət işçisi, professor Tahirov Kərim Məhəmmədoğlunun (12.11.1951) anadan olmasının 70 illiyi // Əlamətdar və tarixi günlər təqvimi [Mətn] /Azərb. Milli Kitabxanası ; baş red. K. Tahirov ; red. M. Cəfərova ; [hazırlayan N. Xuluflu [və b.]]. Bakı: Azərbaycan Milli Kitabxanası, 2020, s.430
- M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı (1923–1959-cu illər) [Mətn] : tarix e. n. a. dər. al. üçün təq. ed. dis.: 05.25.03 /K. M. Tahirov ; AMEA, Mərkəzi Elmi Kitabxanası. Bakı: 2009, 174 s.
- M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı (1923–1959-cu illər) [Mətn] : tarix e. n. a. dər. al. üçün təq. ol. dis-nın avtoreferatı : 05.25.03 /K. M. Tahirov ; Azərb. Resp. Təhsil Nazirliyi, BDU. Bakı: 2009, 26 s.
- "M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının əməkdaşlarına" Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. Bakı şəhəri, 17 noyabr 2008-ci il. № 51". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-23.
- Azərbaycan Milli Kitabxanası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Arxivləşdirilib 2021-04-16 at the Wayback Machine İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. Bakı şəhəri, 24 sentyabr 2013-cü il. № 3165.
- Arxiv — Milli Kitabxana Arxivləşdirilib 2020-02-17 at the Wayback Machine — Milli Kitabxananın rəsmi veb saytı.
- "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollegiyasının tərkibi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı. Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov. Bakı şəhəri, 12 sentyabr 2018-ci il № 386". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-23.
- "Cəfər Cabbarlı Mükafatı"nın təqdimat mərasimi keçirilib (FOTO). 30 oktyabr, 2019 — Trend agentliyi. Arxivləşdirilib 2022-01-20 at the Wayback Machine Trend.az Arxivləşdirilib 2022-09-28 at the Wayback Machine saytı
- Art Kaspi. "Cəfər Cabbarlı Mükafatı – 2019" (az.). Artkaspi.az. 10.10.2019. 2019-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-28.
- "ZİYADAR" MÜKAFATININ LAUREATLARI Arxivləşdirilib 2021-02-07 at Archive.today — yazarlar.az saytı.
- "Tahirov K. M.F.Axundov adına Milli Kitabxananın beynəlxalq əlaqələri genişlənir // Xalq qəzeti, 2010, 3 noyabr, səh. 6". 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-25.
- "Kərim Tahirov Avrasiya Kitabxanalar Assambleyasının vitse-prezidenti seçilib //525-ci qəzet.-2015.- 18 dekabr.- S. 7". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-18.
- Survey of National Library Spaces and Services Arxivləşdirilib 2022-08-17 at the Wayback Machine — cenl.org (The Conference of European National Librarians) Arxivləşdirilib 2022-09-26 at the Wayback Machine
- http://gabala.cls.az/book/5856 Arxivləşdirilib 2020-07-08 at the Wayback Machine - Qəbələ rayon Mərkəzi kitabxanasının rəsmi veb saytı.
- Yeni kitablar : annotasiyalı biblioqrafik informasiya göstəricisi. 2016, № 1 / Baş redaktor və məsul şəxs: T. K. Sadıqov; tərt.ed.: T. M. Məmmədova ; red. : Y. Z. Sadıqlı / C.Cabbarlı adınaRespublika Gənclər Kitabxanası .- Bakı, 2016.- s.21