Kərgəlan
Kərgəlan — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd.[1]
Kərgəlan | |
---|---|
38°44′17″ şm. e. 48°47′16″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Lənkəran rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 3.114 nəfər |
|
Əhalisi
1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik talışlardan ibarət hər iki cinsdən toplam 230 nəfər əhali yaşayırdı.[2] Sonuncu siyahıyaalınmaya görə kəndin əhalisi 3114 nəfərdir.[3]
Toponimiyası
Bu toponim yerli əhali arasında Kaqolon kimi tələffüz edilir. Oykonimi talış dilindəki kağ (toyuq) və lona (hin) komponentlərindən ibarət "toyuq hini" mənalı söz kimi izah edirlər. Bəzi tədqiqatçılara görə isə, kəndin əsl adı Kəqolondur və "ev tikmək üçün əkilməmiş, münbit torpaq, düzən" mənasını bildirir (talış kə - "ev", qo - "yer", lon "əkilməmiş, münbit torpaq" deməkdir).[4]
Tarixi
1918-ci ilin mart hadisələri zamanı Lənkəran rayonu ərazisində, eləcə də Kərgəlan kəndində erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım törətmişdilər. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində Respublika üzrə 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Həmin soyqırım hadisələri zamanı Kərgəlan kəndində onlarla sakin qətlə yetirilmişdir.
Azərbaycanın Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
İstinadlar
- Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
- "Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 140
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007,304 səh.