Kərbəlayi Vəli Mikayılov

Kərbəlayi Vəli Əyyub oğlu Mikayılov — "Hökumət" mətbəəsinin rəhbəri, Müsavat Partiyasının ilk üzvlərindən biri.[1]

Kərbəlayi Vəli Mikayılov
Şəxsi məlumatlar
Doğum tarixi 1877
Doğum yeri
Vəfat yeri
Partiya
Fəaliyyəti siyasətçi

Haqqında

1877-ci ildə Bakıda doğulub. Müsavat Partiyasının ilk üzvlərindən biri olmuşdur. Zaqafqaziya SeymininAzərbaycan Milli Şurasının üzvü, Hökumət mətbəəsinin müdiri (1918–1920) olmuşdur.

Sovet hakimiyyəti zamanı Bakıda 42-ci məktəbdə müəllim, Maarif Komissarlığının nəşriyyat şöbəsində ticarət agenti işləyib.

Gizli Müsavat təşkilatıyla əlaqəsinə görə 1923-cü ildə həbs edilib, 25 aprel 1924-cü ildə 3 illiyə Yaroslavla sürgün edilib[2]. 1928-ci ildə yenidən tutulub və buraxılıb[3]. Güney Azərbaycana mühacirət edib və müharibə zamanı sovet qoşunları buraya girərəkən kommunistlər onu Zəncanda öldürüblər.[4]

Əsərləri

Hacı Zeynalabdin Marağayinin "İbrahim bəyin səyahətnaməsi" ni ilk dəfə Kərbəlayi Vəli Mikayılovun tərcüməsində 1911-ci ildə nəşr olunmuşdur.[5]

İstinadlar

  1. "Arxivlənmiş surət". 2019-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-27.
  2. (AR MTN arxivi, PR-19894)
  3. (AR MTN arxivi, PR-41457, 4-cü cild)
  4. Omur_Yoluna_Zindandan_Baxish-Unudulmush_Azman-Aliabbas_Qedimov-Baki-2012–205 s.]
  5. "Arxivlənmiş surət". 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-27.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.