Kərbəlayı İsrafil Hacıyev

Kərbəlayı İsrafil Hacıyev (1870, Bakı - 1940, Ənzəli) — neftxuda, Bakı şəhər dumasının üzvü, ictimai xadim.

Kərbəlayı İsrafil Hacıyev
Şəxsi məlumatlar
Doğum yeri

Həyatı

Kərbəlayı İsrafil Hacıyev Bakı şəhərində doğulmuşdu. Əslən Xızının Fındığan kəndindəndir. Balaxanı kəndində neft sahəsi almışdı.

Kərbəlayi İsrafilin neft mədənləri, Xəzərdə ticarət gəmisi, Bakının çox yerlərində binaları, villası, bağı, torpaq sahələri var idi. Onun yaşadığı mənzil (Cəfər Cabbarlı küçəsində, indi Yasamal rayon İcra Hakimiyyətinin yerləşdiyi bina) memarlıq cəhətdən çox gözəl və əzəmətli binadır. Kərbəlayi İsrafil Hacıyevin Şamaxinka küçəsindəki (Cabbarlı, 12) evi 1910-1912-ci illərdə polşalı memar İ.PIoşko tərəfindən tikilib.

Kərbəlayı İsrafil Hacıyev Bakı Müsəlman Xeyriyyə Cəmiyyətin üzvü, erməni-müsəlman barışıq komisyonunun müsəlman nümayəndəsi idi.

Ailəsi

Kərbəlayı İsrafil Hacıyev Sona xanımla ailə qurmuşdu. İskəndər adlı oğlu vardı.

Kərbəlayı İsrafilin arvadı Sona xanım Hacıyeva çox ziyalı, kübar bir xanım olub. Bakı Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin sədri idi. Özünün şəxsi qayığı vardı. O, gecəylə qohum-əqrəbasını da yanına alıb Narginə gedərmiş, ərzaqla, pal-paltarla. Həmin əsirlərdən bir neçəsini götürüb geri qayıdarmış. Bəzilərini evinə gətirirmiş, bəzilərini də «İsmailiyə»də yerləşdirirmiş. Mərkəz «İsmailiyə»də imiş. Onların paltarlarını dəyişdirib saxta pasportla İran Astarasına keçirirmişlər. Və əsirlər İrandan da Türkiyəyə gedirmişlər.

Sovet dönəmində Sona xanım haqqında cinayət işi də açılıb - 110 səhifəlik işdir. Məsələ necə açılıb? Akopyan soyadlı biri yazıb ki, Azərbaycan ziyalıları əsir türkləri qaçırır. Bunu da hardan bilib? O vaxt gizli bir göstəriş varmış ki, əsir türk hansı dükana girsə, ona pulsuz ərzaq verərmişlər. Bir dəfə əsir türk, təsadüfən, sahibi Azərbaycanlı olmayan dükana girib və hər şey ondan sonra açılıb… Araşdırma başlanıb. Görüblər ki, Nargin adasının dəftər-kitabında qeydə alınmış xeyli əsir yoxa çıxıb.

Əmisi və əmisi oğlu: Neftxuda Hacı Cəbrayılın Şubanıda neft mədənləri, Xəzərdə böyük ticarət gəmisi, Bakıda çoxlu mülkləri, dəyirmanı, Mərdəkanda villası, Bilgəhdə bağı var idi. Yaşlı bakılılar Hacı Cəbrail palanını, Hacı Cəbrayıl hamamını, Hacı Cəbrayıl məscidini yaxşı tanıyırdılar. Bu var-dövlət yeganə varisi olan oğlu Kərbəlayi Hüseynə qalmışdı. Milyonçu Kərbəlayi Hüseyn Hacıyev öz dövlətini daha da artırdı. Hacı Cəbrayıl məşhur milyonçu Kərbalayi İsrafil Hacıyevin əmisi idi. Kərbəlayi İsrafilin neft mədənləri, Xəzərdə ticarət gəmisi, Bakının çox yerlərində binaları, villası, bağı, torpaq sahələri var idi. Onun yaşadığı mənzil (Cəfər Cabbarlı küçəsində, indi Yasamal rayon İcra Hakimiyyətinin yerləşdiyi bina) memarlıq cəhətdən çox gözəl və əzəmətli binadır.

Milyonçu Kərbəlayi Hüseynin Bakıda 17 mülkü, Soçidə torpaq sahəsi, Mərdəkanda villası, çörək zavodu, gözəl bağı var idi.

Kərbəlayi Hüseyn xasiyyətcə sərt, lakin ədalətli bir şəxs olmuşdur. O, həmişə yoxsullara əl tutmuş və yetimlərə havadar olmuşdur.

Kərbəlayi Hüseyn Hacıyevə xalq arasında “Qara Hüseyn” deyirdilər. O, 1870-ci ildə Bakının Dağlı məhəlləsində anadan olmuşdu. 1920-ci ildə o, ticarət məqsədilə İrana gedib qayıtmamış və 1940-cı il Ənzəlidə vəfat etmişdir. Deyilənə görə onun İranda çörəkxanası olmuşdur.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.