Kəramət Böyükçöl

Kəramət Böyükçöl (tam adı: Kəramət Qəşəm oğlu Nəcəfov; 17 oktyabr 1987[1], Əliqullar, İmişli rayonu[1]) — Azərbaycan yazıçısı, publisist.

Kəramət Böyükçöl
Doğum tarixi 17 oktyabr 1987(1987-10-17)[1] (36 yaş)
Doğum yeri
Vətəndaşlığı
Uşağı 2
Atası Qəşəm Nəcəfzadə[1]
Təhsili
Fəaliyyəti yazıçı, publisist
Janrlar roman, povest[d], hekayə
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və fəaliyyəti

Kəramət Böyükçöl gənclik illərində, 2009 (sağdan ikinci əyləşən).

Kəramət Böyükçöl 17 oktyabr[2] 1987-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub.[3] Səbail rayonu 51 saylı orta məktəbini bitirib. 2007–2011-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.[4]

Azərbaycan ictimaiyyəti onu ANS TV-də qonaq olduğu bir verilişdə dediyi erotik şeirlə tanıdı.[5]

2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə üzv olmuşdur. 11 noyabr 2015-ci ildə sərt tənqidləri və çıxışları səbəbilə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən kənarlaşdırılıb.[6][7]

Böyükçöl 18 avqust 2020-ci ildə kirayə qaldığı bir evdə sərxoş halda Facebook hesabından açdığı canlı yayımda hökuməti tənqid edərkən[8] polis tərəfindən basılmış və zor tətbiq edilərək saxlanılmışdır.[9][10] O, canlı yayımda ölkənin digər bəzi məşhurlarına qarşı təhqirlər də etmişdir.[11] Polis verdiyi açıqlamada qonşuların bu vəziyyətdən rahatsız olduğunu və şikayət etdiklərini bildirmişdir.[12][13][14] Həmçinin vəziyyətdən rahatsız olduğunu deməyə gələn qonşusunu da təhqir etmiş və onunla dava etmişdir.[15] Həmçinin polis yazıçının pis vəziyyətdə olduğunu və intihar edəcəyindən şübhələndiklərini bildirmişdir.[16][17] Böyükçöl bir gün sonra sərbəst buraxılmış[18][16][13] və yazıçının xəstəxanada məcburi müalicəsinə başlanılmışdır.[19][20]

YouTube kanalında Kəramətinə şükür adlı həftəlik proqram hazırlamış və bu proqramda siyasi mövzular müzakirə edilmişdir.[21]

7 oktyabr 2021-ci ildə sağlamlıq problemləri ilə əlaqədar olaraq təkrar məcburi müalicə üçün Bakı Şəhər Narkoloji Dispanserə yerləşdirilmiş,[22] və 3 həftə sonra, 26 oktyabr 2021-ci ildə müalicəsini tamamlayaraq buraxılmışdır.[23][24]

2023-cü ildə Elçibəyin sirri adlı kitabını oxucularına təqdim etmişdir.[25]

Uzun müddət fəaliyyətini səyyar kitab satıcısı kimi davam etdirən Böyükçöl[26] 31 yanvar 2024-cü ildə Kerazon adlı kitab mağazasının açılışını etmişdir.[27]

Böyükçöl davamlı olaraq Azərbaycan Yazıçılar Birliyini və onun üzvlərini tənqid etməkdədir.[28]

Düşüncələri

Böyükçöl sazı "cahillik aləti" adlandırıb və "meyxana kimi bir şey" olduğunu bildirib.[29]

Şəxsi həyatı

2 dəfə evlənmiş, ilk evliliyindən bir qızı, ikinci evliliyindən bir oğlu olmuşdur.[30]

Azərbaycan şairi və publisist Qəşəm Nəcəfzadənin oğludur.[31]

1 bacısı və 1 qardaşı var.

Kitabları

  • Çöl, Bakı, 2010.[32]
  • Səkkizinci gün, Bakı, Qanun, 240 səh.[33]
  • Məni kim tapa bilər?, Bakı, Mücrü nəşriyyatı, 2020. 128 səh.[34]
  • Əlqəmə, 2021[35]
  • Elçibəyin sirri. Bakı, 2023, 260 səh.[36]
  • Səs, 2023.

İstinadlar

  1. Freebase Data Dumps. Google.
  2. "Ad günün mübarək, Kəramət Böyükçöl!". 2023-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-07.
  3. Mövlud Mövlud, "Yazıçılar Birliyi və onun ədəbi siyasəti yalandır" Arxivləşdirilib 2014-09-22 at the Wayback Machine. kulis.az — 15 avqust 2013
  4. "Kəramət Böyükçöl". 2021-07-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-10.
  5. ""Mən Bəxtiyar Vahabzadədən min dəfə böyük adamam" - Kəramət Böyükçöl". 27 noyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2023.
  6. Bahar RÜSTƏMLİ. "Qəşəm Nəcəfzadə: "Onu düz edib AYB-dən qovublar"". AzNews.az (az.). 525-ci qəzet. 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2016.
  7. "ANAR: "Çox istərdim ki, imkan tapan kimi yazıçılarımızın və ilk növbədə gənclərin yeni çıxan əsərləri ilə tanış olum"" (az.). AYB.AZ. 13.01.2016. 2018-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2016.
  8. "İlham Əliyevi tənqid etmiş yazar Kəramət Böyükçöl saxlanıb". 15 avqust 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2023.
  9. "Yazıçı Kəramət Böyükçöl saxlanılıb (yenilənib)". 4 iyun 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2023.
  10. "Yazıçı Kəramət Böyükçöl polis tərəfindən saxlanılıb". 20 avqust 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2023.
  11. "Kəramət Böyükçöl... "Çöllüyü" olan, amma "böyüklüyü" olmayan adam... - Müşfiq Abbasov YAZIR". 12 sentyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2023.
  12. "Polis Kəramət Böyükçölü saxladı". 22 may 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2023.
  13. "Kəramət Böyükçöl sərbəst buraxılıb". 21 may 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2023.
  14. "DİN-dən Kəramət Böyükçölün saxlanılması barədə AÇIQLAMA - YENİLƏNİB". 12 sentyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2023.
  15. "Kəramət Böyükçöl saxlanıldı - DİN-dən açıqlama". 12 sentyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2023.
  16. "Kəramət Böyükçöl sərbəst buraxılıb". 28 may 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2023.
  17. "DİN-dən Kəramət Böyükçöllə bağlı daha bir - Açıqlama". 25 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2023.
  18. "Kəramət Böyükçöl sərbəst buraxıldı". 30 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2023.
  19. "Kəramət Böyükçöl müalicəyə başladı". 1 dekabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2023.
  20. "Kəramət Böyükçöl müalicəyə başladı - FOTO". 12 sentyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2023.
  21. "Tofiq Yaqublu ölkə ziyalılarını təhqir etdi — VİDEO". 8 sentyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2023.
  22. milli.az. "Kəramət Böyükçölün son vəziyyəti: "Doğum günü üçün 3 tort sifariş etdik"". news.milli.az ( (az.)). news.milli.az. 16 oktyabr 2021. 2021-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 dekabr 2021.
  23. "Kəramət Böyükçöl evə buraxıldı - Foto". 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-07.
  24. "Kəramət Böyükçöl Narkoloji Dispanserdən evə buraxıldı - FOTO". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-07.
  25. "Kəramət Böyükçölün sirri nədədir? - Müsahibə". 8 sentyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2023.
  26. "Böyükçölün "səyyar kitab satışı"ndan DANIŞDILAR: "Kimisi bəyəndi, kimisi də "mız" qoydu..." 2024-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-31.
  27. "Kəramət Böyükçöl kitab mağazası açıb". 2024-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-31.
  28. ""AYB-nin o qədər mənasız üzvləri var ki, Elza onların yanında toya getməlidir"". 8 sentyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2023.
  29. ""Saz cahillik alətidir, meyxana kimi bir şeydir" — Kəramət Böyükçöl". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-03.
  30. "Kəramət Böyükçöl: "Oğlumla qızımı hələ görüşdürməmişəm" - MÜSAHİBƏ". 2017-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-07.
  31. Mövlud Mövlud, Nərgiz Cavadzadə. "Tənqid eləməsəm, deyəcəklər atasına satılıb…" — MÜSAHİBƏ Arxivləşdirilib 2018-02-27 at the Wayback Machine. teleqraf.com — 16 dekabr 2016
  32. Kəramət Böyükçölün "Çöl"ü çapdan çıxıb Arxivləşdirilib 2023-07-26 at the Wayback Machine. 525-ci qəzet, — 2010. — 9 oktyabr. — Səh.17.
  33. "Kəramət Böyükçöl: "İlk romanım olan "Çöl"ü atam yazıb"". 2022-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-07.
  34. Kəramət Böyükçölün yeni kitabı çıxdı Arxivləşdirilib 2022-09-21 at the Wayback Machine. kulis.az — 21 may 2020.
  35. "Kəramət Böyükçölün yeni romanı çıxdı". 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
  36. "Kəramət Böyükçölün yeni kitabı - ELÇİBƏYİN SİRRİ". 2023-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-02.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.