Kərəm Veyisov
Kərəm Səttər oğlu Veyisov (11 dekabr 1998; Xaçmaz, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Kərəm Veyisov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xaçmaz, Azərbaycan |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Şuşa rayonu, Azərbaycan |
Vətəndaşlığı |
![]() |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü |
![]() |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Şuşanın azad edilməsi |
Təltifləri |
![]() ![]() |
Həyatı
Kərəm Veyisov 1998-ci il dekabrın 11-də Xaçmaz şəhərində anadan olub.[1] Subay idi.
Hərbi xidməti
Azərbaycan Ordusunun əsgəri olan Kərəm Veyisov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kərəm Veyisov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərəm Veyisov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kərəm Veyisov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[4]
(24.06.2021) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)[5]
İstinadlar
- Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
- Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.