Kəpəz rayonu
Kəpəz rayonu — Azərbaycan Respublikasının Gəncə şəhərində mövcud olmuş rayon. Rayon Kəpəz dağına görə belə adlandırılmışdır. Əhalisinin sayı 180.600 nəfər olub.[1]
Rayon | |
Kəpəz rayonu | |
---|---|
40°40′58″ şm. e. 46°21′38″ ş. u. |
|
Daxildir | Kəpəz |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 21 noyabr 1980 |
Ləğv edilib | 2 aprel 2022 |
Əhalisi | |
Əhalisi | 180 600 nəfər |
Rəsmi sayt | |
Haqqında
Kəpəz rayonu Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1980-ci ilin 21 noyabrında yaradılmışdır. Rayonun ümumi ərazisi 7064 hektar, əhalisinin sayı isə 2018-ci il siyahıyaalmasına görə 180 min nəfərdir.[2] 2 territorial adminstrativ bölgədən və 6 yaşayış məntəqəsindən ibarətdir.[3] Bu məntəqələrin adları bunlardır : Hacıkənd, Cavadxan, Şeyxzamanlı, Natavan, Məhsəti və Sədilli. Son 5 yaşayış məntəqəsi 2011-ci ilin dekabrında verilmiş sərəncamla formalaşdırılmışdır.[4]
Kəpəz rayonunda 27 məktəb, 4 peşə məktəbi, 21 baxça, bir ali təhsli müəssisəsi (Azərbaycan Texnologiya Universiteti), Gəncə Mərkəzi Kitabxanasının 12 filialı, 2 musiqi məktəbi, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu, Nizami məqbərəsi, İmamzadə türbəsi adlı dini kompleks, Gəncə Qala Qapıları kompleksi, Gəncə Şəhər Stadionu və Gəncə regional poçt məntəqəsi yerləşir.[5][6][7][8]
Ləğv edilməsi
2022-ci ilin fevral ayında "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinə daxil olub. Dəyişiklik Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələrinin Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsini ehtiva edir.[9] Qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 11-də keçirilən iclasında birinci oxunuşda müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib.[10] Azərbaycan Respublikasının Milli Məclisinin 15 fevral 2022-ci il tarixində keçirilən plenar iclasında "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.[11] Daha sonraki oxunuşlarda da qəbul edilən, 4 mart 2022 tarixində tarixli qanun layihəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2 aprel 2022 tarixində təsdiqlənmişdir.[12]
Qalereya
- Gəncə Qala Qapıları kompleksi
Həmçinin bax
İstinadlar
- "About the district". Executive Power of Kapaz district of Ganja city. 2018-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-15.
- "Population - Territories, number and density of population by towns and regions of the Republic of Azerbaijan". The State Statistical Committee of the Republic of Azerbaijan (ingilis). 2018-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-15.
- "Geography". Executive Power of Kapaz district of Ganja city. 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-15.
- "Municipalities". Executive Power of Ganja city. 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-15.
- ""Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 270-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". Official website of the President of Azerbaijan. 2019-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-15.
- "Education". Executive Power of Kapaz district of Ganja city. 2018-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-15.
- "Culture". Executive Power of Ganja city. 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-15.
- "Sport". Executive Power of Kapaz district of Ganja city. 2018-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-15.
- "Arxivlənmiş surət". 2022-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-09.
- "Arxivlənmiş surət". 2022-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-11.
- "Arxivlənmiş surət". 2022-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-15.
- "Arxivlənmiş surət". 2022-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-02.