Kəpənəklər

Kəpənəklər (lat. Rhopalocera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinə aid heyvan yarımdəstəsi.

Kəpənəklər müxtəlif böyüklükdə olur. İki cüt pərdəşəkilli qanada malikdir. Ən səciyyəvi xüsusiyyətlərindən biri qanadlarının müxtəlif rəngli pulcuqlarla örtülü olmasıdır. Onları əlvan edən bu pulcuqlardır.

Yetkin fərdlərdə ağız sorucu, tırtıllarda isə gəmiricidir. Əksəriyyəti çiçək şirəsi (nektarı) ilə qidalanır. Kəpənəklərdə duyğu orqanları, xortum, gözlər və bığcıqlar yaxşı inkişaf etmişdir. Gözləri əksərən fasetlidir.

İstənilən yerdə tək-tək və ya topa halında yumurta qoyurlar. Yumurtaları müxtəlif böyüklükdə və rənglərdə olur. Cücülər sinfində yalnız kəpənəklərin sürfələri tırtıl adlanır.

Kəpənəklərin qanadları üzərində yüksək və aşağı tondakı səsləri fərqləndirə bilən qulaqları var. Beləliklə yaxınlarındakı quşları və digər canlıları hiss edə bilirlər. 1912-ci ildə ilk dəfə kəpənək qulaqları təsbit edilənə qədər alimlər kəpənəklərin qulaqlarının olmadığını sanırdılar, lakin inkişaf edən araşdırma texnikaları ilə, kəpənəklərin əslində çox həssas qulaqlara sahib olduqları təsbit edildi.İngiltərə Bristoldan tədqiqatçı Kathleen Lucas tərəfindən aparılan yeni bir araşdırma nəticəsinə görə, Mavi Morpho adı verilən (Morpho peleides) bir kəpənək növünün qanadlarının aşağı tərəfində, maraqlı və qəribə görünüşlü bir cüt timpanal membran (eşitmə pərdəsi) təsbit edildi. Səs dalğaları bu pərdələrə çatdıqda əmələ gətirdikləri titrəşmələr, sinir xəbərdarlıqlarına çevrilərək dərhal yaxınındakı eşitmə orqanlarına çatdırılır. Bu xəbərdarlıqlar sinir hüceyrələri tərəfindən alınır.

Kəpənəklərin qanadlarında olan bu səs qəbul edici orqanlar, aşağı tondakı səslərə daha çox həssasdırlar. Yüksək və aşağı tondakı səsləri fərqləndirə bilmələri sayəsində ətraflarındakı təhlükələri asanlıqla qəbul edə bilirlər, məsələn bir quş hücumuyla qarşı-qarşıya qalmadan quşun qanad çırpmasıyla yaranan aşağı tondakı səsləri hiss edə bilirlər.

Kəpənəklər quşun ötməsi ilə yaranan yüksək tondakı səslərdən, quşun hələ hücuma keçmədiyini, amma onun diqqətini çəkməmək üçün qanadlarını bağlı saxlayaraq özünü kamuflyaj etməsi lazım olduğunu anlaya bilirlər.

Azərbaycan poçt markalarında kəpənək

Kəpənəklərin heyrətamiz xüsusiyyətləri

Kəpənəklərin qanadlarını ilk dəfə görürmüş kimi nəzərdən keçirin. Qüsursuz estetika, ən kiçik səhvə yol verilməmiş simmetriya, cəlbedici rənglər və naxışlar qarşısında mütləq heyran qalacaqsınız. İndi də bir parça düşünün. Bu kəpənək naxışlarından ilham alaraq toxunmuş, olduqca estetik və keyfiyyətli parça. Belə bir parçanı mağazanın vitrinində gördükdə nə düşünərsiniz? Şübhəsiz, bu parçanın naxışlarını çəkən, çəkərkən də kəpənək qanadlarından nümunə götürən sənətkarın varlığı ağlınıza gələr və onun sənətini bəyənib qiymətləndirərsiniz. Elə isə bu həqiqəti də təqdir etməlisiniz: heyran olduğunuz bu sənət kəpənəklərdən nümunə götürərək parçanın naxışını çəkənə deyil, kəpənək qanadlarındakı naxışları və rəngləri nümunəsiz yaratmış Allaha aiddir. Kəpənəklərin rəngli və müxtəlif naxışlara malik qanadları Allahın rəng sənətinin ehtişamlı təzahürüdür. Necə ki, parçadakı naxış öz-özünə, təsadüfən ortaya çıxa bilməz, qanadlardakı rəng və naxış simmetriyası da qətiyyən təsadüflərlə əmələ gəlməyəcək qədər mükəmməldir.

Bundan başqa, yan tərəfdə şəkillərini gördüyünüz kəpənəklərin heyrətamiz xüsusiyyətləri təkcə möhtəşəm qanadlarından ibarət deyil. Kəpənəklərin bədən quruluşu da hər cəhətdən qüsursuzdur. Kəpənəklər çiçəklərdəki nektarı soraraq qidalanırlar. Bəzən dərinliklərdə olan nektarı sormaq üçün kəpənəklərin bir çoxunda Proboscis adlandırılan uzun orqan var. Proboscis çiçəklərdəki nektar kimi maye qidaları sormaq və ya su içmək üçün istifadə edilən uzun dildir. Kəpənəklər bu uzun dillərindən istifadə etmədikdə içəri sarıyırlar. Bu dil uzanmış halda kəpənəyin boyundan 3 dəfə uzun olur. Kəpənəklərin də digər həşəratlarda olduğu kimi bədənlərinin ətrafını əhatə edən skeletləri var. Bu xarici skelet yumşaq toxuma ilə bağlı olan bərk təbəqələrdən ibarətdir və zirehli paltara bənzəyir. Bu bərk təbəqə “xitin” maddəsindən ibarətdir. Bu təbəqənin əmələ gəlməsi son dərəcə maraqlı proses nəticəsində baş verir. Məlumdur ki, kəpənək tırtılları çox hərtərəfli metamorfoz prosesi keçir. Tırtıl əvvəlcə pup olur, daha sonra kəpənəyə çevrilir. Bu dəyişmə prosesi boyu qanadlarda, bığcıqlarda, ayaqlarda və digər orqanlarda kiçik dəyişikliklər meydana gəlir. Uçuş əzələləri, qanadlar kimi fərqli mərkəzlərdəki hüceyrələr dəyişikliyin hər mərhələsində özlərini bir daha nizama salırlar. Bundan başqa bu dəyişikliklərlə birlikdə bədəndəki hər sistem də – həzm sistemi, ifrazat sistemi və tənəffüs sistemi- dəyişiklik keçirir. Kəpənəklərin eynilə qanadlarındakı kimi malik olduqları bu rəng və naxış müxtəlifliyi milyon illər ərzində mühitə uyğunlaşma nəticəsində yaranmışdır.

Təsnifatı

  • Hedyloidea fəsiləüstü:
    • Hedylidae fəsiləsi
  • Hesperioidea fəsiləüstü:
    • Hesperiidae fəsiləsi
  • Papilionoidea fəsiləüstü:

Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na daxil edilmiş kəpənəkkimilər dəstəsi:

  • Şərqi Aleksanor yelkənciyi
  • Adi apollon
  • Nordman apollonu
  • Talış məxməri kəpənəyi
  • Komarov hafı
  • Kəlləşəkili haf
  • Oleandr hafı
  • İri tənək hafı
  • Talış bromeyası
  • Hilata
  • Avrorina sarıcası
  • Alp sarıcası
  • Qafqaz sarıcası
  • Kürd sarıcası
  • Qafqaz zerintiyası
  • Şəfəqsaçan
  • Talış yangözcüklüyü
  • Tutqun ayıça
  • Tamara alacası
  • Aleksandra sədəflisi
  • İoniya bərqvuranı
  • Alp satiri
  • Romanov tomaresi
  • Xrizip
  • Oxim qızılı kəpənəyi
  • Eyfema

Şəkillər

Poçt markası üzərində
Müxtəlif növləri

İstinadlar

    Həmçinin bax

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.