Kəpənək effekti
Kəpənək effekti — bir sistemin başlanğıcında baş verə biləcək kiçik bir dəyişiklik, böyük dəyişikliklərə səbəb ola bilər.
"Kəpənək effekti" termini riyazi bir termindir, hesablamalar zamanı rəqəmlərdən birində edilən cüzi dəyişiklik böyük fərqlərə səbəb ola bilər. Adı Edward N. Lorenzin verdiyi bu nümunədən yaranmışdır. "Amazon meşələrindəki bir kəpənəyin qanad çırpması ABŞ-də fırtına qopmasına səbəb ola bilər". Digər bir nümunədə isə, "bir kəpənəyin qanad çırpması dünyanın yarısını ağuşuna ala biləcək bir qasırğanın yaranmasına səbəb ola bilər" deyilir.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.