Kəngər İttifaqı
Kəngər İttifaqı — (qaz. Қaңғар Oдағy (Qangar Otağı)),Yeddisu ərazisindən başqa bütün müasir Qazaxıstan ərazisini əhatə edən Türk dövləti.
İttifaq | |
Kəngər İttifaqı | |
---|---|
Kəngər Otağı | |
|
|
|
|
Rəsmi dilləri | Qədim türk dili |
Dövlət dini | Tenqriçilik |
Ərazisi | 5.000.000 km2 (1.900.000 kv mil) |
İdarəetmə forması | Qurultay |
XIV əsrə qədər | |||||||
---|---|---|---|---|---|---|---|
Göytürk xaqanlığı 552–744 | |||||||
Qərbi Göytürk | |||||||
Şərqi Göytürk | |||||||
Avar xaqanlığı 564–804 | |||||||
Xəzər xaqanlığı 618–1048 | |||||||
Böyük Bolqar xanlığı 632–668 | |||||||
Dunay Bolqariyası | |||||||
İdil Bolqariyası | |||||||
Türkeş xaqanlığı 699–766 | |||||||
Uyğur xaqanlığı 744–840 | |||||||
Qaraxanlılar dövləti 840–1212 | |||||||
Qərbi Qaraxanlılar | |||||||
Şərqi Qaraxanlılar | |||||||
Peçeneq xaqanlığı 860–1091 |
Kimək xaqanlığı 743–1035 | ||||||
Dəşt-i Qıpçaq 1067–1239 |
Oğuz dövləti 750–1055 | ||||||
Şato sülalələri 923–979 | |||||||
Sonrakı Tan | |||||||
Sonrakı Tszin | |||||||
Sonrakı Xan (Şimali Xan) | |||||||
Qəznəvilər dövləti 963–1186 | |||||||
Böyük Səlcuq İmperiyası 1037–1194 | |||||||
Xarəzmşahlar dövləti 1077–1231 | |||||||
Rum sultanlığı 1092–1307 | |||||||
Dehli sultanlığı 1206–1526 | |||||||
Müəzzilər sülaləsi | |||||||
Xələclər sülaləsi | |||||||
Tuğluqoğulları sülaləsi | |||||||
Məmlük dövləti 1250–1517 | |||||||
Bəhri sülaləsi | |||||||
Digər türk sülalələri
Anadoluda | |||||||
Etnik adı olan Kəngər adı, indi qazax, özbək və qaraqalpaq xalqlarının[1] bir qolu olan Qanqlı xalqı üçün erkən orta əsr adlarıdır. Kəngər İttifaqınnı paytaxtı Ulıtau dağlarında yerləşirdi. Oymaqlarından üçü Kəngər (yun. Καγγαρ) olaraq bilinən peçeneqlər, oğuzlar, qarluqlar və kimək-qıpçaqlar tərəfindən məğlub edildikdən sonra bulqarlara hücum edərək Şərqi Avropada Peçeneq dövlətini qurdular (840-990).
Etimologiyası
Orxon abidələrində xatırlanan kəngərlər, İslam dünyasında və qərbdə Kəngər, üç Peçeneq qəbiləsinin ümumi adı (səkkiz) kimi bilinir.[2] Bizans imperatoru imperatoru VII Konstantin Porfiroqenet Kəngərin nəciblik və şücaət ifadə etdiyini bildirdi.[3] Ukraynalı tarixçi Omelyan Pritsak, Kəngərin Toxar dilindən * kânk "daş" sözündən qaynaqlandığını və ehtimal ki, Kəngəri *ârs < *âvrs < *Aoruša (yun. Αορσοι) yunan sözünə dayanan, İran etnonimi As ilə birləşdirdi.[4]
Bəzi şərqşünaslar, Jozef Marquart, Sergey Toltsov, Sergey Klyaştornı, Kangər və Kəngərləri Qanqlılara , Dəşt-i Qıpçaq və Kuman ittifaqının şərq qruplaşması ilə bağlamağa çalışdılar. Axinjanov, qıpçaqların Kanq bölgəsini ələ keçirdikdən sonra sadəcə Qanqlı (sözün əsl mənasında "vaqon") adını götürmələri fikrini irəli sürdü.[5] Buna baxmayaraq, bütün bu əlaqələr, əgər varsa da, aydınlaşdırılmayıb.
Müstəqilliyi
Yeddisunun çinlilər tərəfindən tutulmasından sonra,Kəngərlər Göytürk (göytürkcə: 𐱅𐰇𐰼𐰰:𐰜𐰇𐰛 Kök Türük veya 𐱅𐰇𐰼𐰛 Türk)[6] asılılğından azad olub, müstəqil olurlar. Sırdərya sahili şəhərləri öz muxtariyyətlərini qorudular. Cənubi Qazaxıstandakı Oğuz türkləri, İrtış çayı vadisindəki Kiməklər, Muqodjardakı Kumanlar və Şimali Qazaxıstandakı Qıpçaqlar Kəngər İttifaqından vassal asılılığını qəbul etdilər.
VII əsrin sonunda Sırdərya şəhərləri üsyan qaldırdı və Soqdiana ilə ittifaq qurdular. Üsyan uğurlu oldu, lakin müsəlman ərəb orduları Soqdianaya cənubdan hücum etdilər. Üsyan yatırıldı və Kəngərlər Sırdərya şəhərlərinin davamlı muxtariyyətinə razı oldular.
İttifaqın dağılması
VIII əsrin əvvəllərində Oğuz türkləri və Daşkənd dövləti Kəngər İttifaqından ayrıldı. Ərəblər Sığnaq, Cend və digər zəngin Kəngər şəhərlərinə basqın etməyə davam etdilər. Oğuzlar, kiməklər və qarluqlarla ittifaq qurdular və onların birgə hücumu dağılmaqda olan kəngərləri məğlub etdi.[7] Peçeneq adı altında birləşən üç kəngər və beş müttəfiq Türk oymağı, sonra Şərqi Avropada xəzərlərlə həmsərhəd olan dövlətlərini qurdular.
Həmçinin bax
İstinadlar
- Tolstoi V.P. Origin of the Karakalpak people//KSIE, Moscow, 1947. p.75
- P.Golubovsky, Pechenegs, Torks, and Polovetses before Tatar invasion, SPb, 1884. p.55, in L.Gumilev, Ancient Türks, Ch.20 Arxivləşdirilib 2021-12-17 at the Wayback Machine (In Russian)
- Constantine Porphyrogenitus, De Administrando Imperio
- Golden, Peter B. An Introduction to the History of the Turkic People. Otto Harrassowitz, Wiesbaden. 1992. səh. 264–265.
- Golden, 1992. səh. 273
- "Kultegin's Memorial Complex". bitig.kz. 20 iyun 2020. 2022-02-26 tarixində arxivləşdirilib.
- Golden, Peter B. (1992). An Introduction to the History of the Turkic People. Otto Harrassowitz, Wiesbaden.
Ədəbiyyat
- Gumilev L.N., History of Hun People, Moscow, 'Science', (In Russian) Ch.11.
- Kadyrbaev A.Sh. Chinese sources of Mongolian epoch about foreign political relations of Kazakhstan Türkic nomads (Kypchaks-Kangly) with peoples of Central Asia and Far East//Society and state in China. Moscow, 1982, (In Russian)
- Zuev Yu.A., Early Turks: Essays on history and ideology, Almaty, Daik-Press, 2002, (In Russian), ISBN-9985-4-4152-9
Xarici keçidlər
- Hüseyn Əliyev. "Kəngərli türk tayfalarındandır" (az.). Mədəniyyət.- 2009.- 22 aprel.- S. 5. 11-03-2021. 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-27.