Kənar London

Kənar London (ing. Outer London) — Böyük Londona daxil olan və Daxili Londonu əhatə edən bir neçə London borosunun ümumiləşdirici adı.

Kənar London 1965-ci ildə yaradılmışdır[1]. Statistik məqsədlərə görə, onun sərhədləri zamanla dəyişilmişdir[2].

Əhalisi

Tarixən məskunlaşma
İl Əhali sayı
1891
1,083,770
1901
1,647,396
1911
2,162,288
1921
2,413,978
1931
3,217,219
1939
4,250,788
1951
4,517,588
1961
4,499,737
1971
4,420,585
1981
4,254,900
1991
4,230,000
2001
4,463,100
2011
4,942,040

Sərhədləri

Kənar London
1963-cü il London idarəetmə qanununa görə.
Kənar London
Milli Statistika Xidmətinin izahına görə.

1963-cü il London idarəetmə qanunu

1963-cü ildə qəbul edilmiş London idarəetmə qanununa görə, Kənar Londona Böyük Londonun 1965-ci ilədək London qraflığına daxil olmayan boroları aid edilir[3][4]. Bunlar aşağıdakılardır:

  1. Barkinq və Dagenhem
  2. Barnet
  3. Beksli
  4. Brent
  5. Bromli
  6. İlinq
  7. Kinqston-apon-Tems
  8. Kroydon
  9. Enfild
  10. Haringi
  11. Harrou
  12. Haverinq
  13. Hillinqdon
  14. Haunslou
  15. Merton
  16. Nyuhem
  17. Redbric
  18. Riçmond-apon-Tems
  19. Satton
  20. Uolthem-Forest

Şimali Vulidc rayonu London qraflığının tərkibinə daxil idi, lakin 1965-ci ildə Kənar London borosu Nyuhemə aid edildi.

Milli Statistika Xidməti

Milli Statistika Xidməti (ONS) Kənar Londonu başqa cür müəyyən edir və bura Qrinviç borosunu daxil edərək, HaringiNyuhem borolarını çıxır.[5]. Həmçinin, Avrostat tərəfindən "Statistik məqsədlər üçün inzibati vahidlərin nomenklaturasında" (NUTS) bu təsnifatdan istifadə edilir. ONS-ə görə Kənar Londonun sahəsi 1254 km² təşkil edir[6], əhalisi isə 2011-ci ildə 4 942 040 nəfər olmuşdur[7].

İstinadlar

  1. Saint, A., Politics and the people of London: the London County Council (1889—1965), (1989)
  2. Newham London Borough Council Arxivləşdirilib 2007-06-30 at the Wayback Machine — Positively Inner London
  3. Office of Public Sector Information — London Government Act 1963 (c.33) (as amended) Arxivləşdirilib 2010-08-17 at the Wayback Machine
  4. "London Government Act 1963 (c.33)" (PDF). 2016-03-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-02-23.
  5. "Inner London through time: Administrative History (post 1974)". A vision of Britain through time. Great Britain Historical GIS. 2012-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-20.
  6. "Standard Area Measurements - Local Authorities - Dec 2010 (SAM_LAD_DEC_2010_UK)" Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine, sahəsi 1 km²-dən artıq olmayan su hövzələri nəzərə alınmadan torpaq sahələri, ONS
  7. "Table 8a Mid-2011 Population Estimates: Selected age groups for local authorities in England and Wales; estimated resident population;" Arxivləşdirilib 2013-10-02 at the Wayback Machine (ing.) İngiltərə və Uelsin əhali siyahıyaalması, 2011-ci il, ONS
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.