Kənan Kərimzadə

Kənan Şakir oğlu Kərimzadə (1989, Bərdə) — Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini (2023-cü ildən).

Kənan Kərimzadə
bayraq
Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini
bayraq2
Vəzifədədir
25 dekabr 2023-cüildən
Prezidentİlham Əliyev
Baş nazirƏli Əsədov
NazirEmin Əmrullayev
Şəxsi məlumatlar
Doğum tarixi 1989
Doğum yeri
Təhsili

Həyatı

Kənan Kərimzadə 1989-cu ildə Bərdə şəhərində anadan olub. 2006–2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunda təhsil alıb, bakalavriat səviyyəsini maliyyə və kredit ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2010-cu ilin fevral-aprel aylarında ABŞ-nin Dyuk Universitetinin Beynəlxalq İnkişaf Mərkəzi tərəfindən keçirilən "İqtisadi inkişaf üçün tətbiqi dövlət maliyyəsi" kursunu bitirib. 2011–2012-ci illərdə "Edmund S. Muskie Mübadilə Proqramı" çərçivəsində Nyu-Yorkda yerləşən Fordham Universitetində "Beynəlxalq siyasi iqtisad və inkişaf" proqramında təhsil alıb.[1]

2017–2019-cu illərdə ABŞ-nin CFA İnstitutunun "İnvestisiyaların idarə edilməsi" proqramını bitirib və xartiyalı maliyyə təhlilçisi (CFA Charterholder) beynəlxalq akkreditasiyasını əldə edib.[1]

Ailəlidir, iki övladı var.

Fəaliyyəti

Kənan Kərimzadə 2013–2016-cı illərdə "Capital Motors" MMC-də maliyyə və təhlil üzrə mütəxəssis, 2016–2019-cu illərdə "PMD Group" MMC-də investisiyalar üzrə baş mütəxəssis, investisiyalar üzrə rəhbər, departament menecerinin müavini, 2019–2020-ci illərdə isə Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri vəzifələrində çalışıb.[1]

2020–2021-ci illərdə Elm və Təhsil Nazirliyində nazirin müşaviri vəzifəsində işləyib. 2021-ci ildən Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.[1] 2023-cü ilin fevral-may aylarında nazirliyin Aparat rəhbəri vəzifəsini icra edib.[2]

25 dekabr 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Kənan Kərimzadə elm və təhsil nazirinin müavini təyin edilib.[1]

İstinadlar

  1. "Elm və təhsil nazirinə yeni müavin təyin olunub". Report İnformasiya Agentliyi (az.). 2023-12-25. 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  2. "Emin Əmrullayev nazir müavininin yerinə onu TƏYİN ETDİ". Milli.Az (az.). 2023-02-16. 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.