Kənan İsrafilov
Kənan Faiq oğlu İsrafilov (8 noyabr 1990; Şirinbulaq, Şəki rayonu, Azərbaycan — 5 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi.
Kənan İsrafilov | |
---|---|
Kənan Faiq oğlu İsrafilov | |
![]() | |
Şəxsi məlumatlar | |
Ləqəbi | Murov qartalı |
Doğum tarixi | |
Doğum yeri | Şirinbulaq, Şəki rayonu, Azərbaycan |
Vəfat tarixi | (29 yaşında) |
Vəfat yeri | Suqovuşan, Tərtər rayonu, Azərbaycan |
Dəfn yeri | Şəki rayon Şirinbulaq kənd qəbiristanlığı |
Vətəndaşlığı |
![]() |
Atası | Faiq İsrafilov |
Təhsili | Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü |
![]() |
Xidmət illəri | 2008-2020 |
Rütbəsi | Kapitan |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi • Suqovuşan döyüşü |
Təltifləri |
![]() ![]() ![]() ![]() |
Həyatı
Kənan İsrafilov 8 noyabr 1990-ci ildə Şəki rayonunun Şirinbulaq kəndində dünyaya göz açmışdır.[1]
Hərbi xidməti
Cəmşid Naxçıvanski adına hərbi liseydən məzun olan Kənan 2008-2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirmişdir. 2013-2018-ci illərdə Murovdağda komandir vəzifəsini icra etmişdir. Sonra isə 2018-ci ildən qərargah rəisi kimi fəaliyyətini davam etdirmişdir. 2018-ci ildə Müdafiə Nazirliyinin Hərbi Akademiyasında təhsilini davam etdirən Kənan 2020-ci ilin iyun ayından Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində tabor komandiri kimi fəaliyyətini davam etdirmişdir.
27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində kapitan Kənan İsrafilov tabor komandiri olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirən kapitan Kənan İsrafilov 5 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan İsrafilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kənan İsrafilov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Təltifləri
(26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
(26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[4]
(24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)[5]
İstinadlar
- "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.05.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 04.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.