Kəmaləddin Qədim
Kəmaləddin Qədim — azərbaycanlı şair,[1] Azərbaycan Yazıçılar Birliyinin üzvü.[2]
Kəmaləddin Qədim | |
---|---|
Doğum adı | Kəmaləddin |
Təxəllüsü | Qədim |
Doğum tarixi | |
Doğum yeri | Sədərək rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | Azərbaycan |
Janr | Şeir |
Həyatı
Kəmaləddin Qədim 1957-ci il may ayının 24-də Naxçıvan MSSR-nin Sədərək rayonunda anadan olub. İxtisasca tarixçidir.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Kəmaləddin Qədim "Türk ədəbiyyatına xidmət" (Türkiyə) və "Vektor" Beynəlxalq Elm Mərkəzinin Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatı, Prezident mükafatçısıdır[3].
Kəmaləddin Qədim bir neçə Beynəlxalq Poeziya Mükafatları laureatıdır.
Yaradıcılığı
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir. Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib. Şeirləri Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları "Azərbaycan", "Ulduz" jurnallarında, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub. Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.
Bu günə qədər altı şeir kitabı işıq üzü görüb.
Kitabları
- "Yığış gedək, günahım", Bakı, "Vektor", 2007
- "Günahı yazan mələk", Bakı,
- "Allahdı, şeytandı, mənəm", Bakı, "Vektor", 2009
- "Allahı sevsəydin", Bakı, 2013.
- "Yaşamaqda nə varsa", Bakı, 2013.
- "Daha sonumu yazıram", Bakı, 2014.
Xarici keçidlər
- Fəxri Müslüm, "AĞRI DAĞININ ƏTƏYİNDƏ", Ədalət.- 2012.- 3 aprel.- S.7. (az.)
- Poeziya: Kəmaləddin QƏDİM Arxivləşdirilib 2014-05-05 at the Wayback Machine (az.)
İstinadlar
- "Kəmaləddin Qədim yeni kitabına təqdimat mərasimi keçirdi". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-12.
- "Kəmaləddin QƏDİM.Həyatı və Yaradıcılığı". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-12.
- "Kəmaləddin Qədimin "Yaşamaqda nə varsa" adlı kitabı işıq üzü görüb". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-12.