Kəloğlan
Kәloğlan (və ya Keçәl oğlan) - Türk və Anadolu nağıl qəhrəmanı. (Mənası: keçəl oğlan) Türk və altay mifologiyasında, xalq mədəniyyətində və nağıllarda adı çəkilən saçsız qəhrəmandır. Türkcә qısaldılmış olaraq Kalca (Kalça) və ya Kelçe (Kelce) olaraq da deyilir.
Xüsusiyyətləri
Çox vaxt güldürücü (komediya) elementləri daşıyır. Hiyləgərliyi və bəxti təmsil edir. Çətin vəziyyətlərdən ağılı və şansı sayəsində xilas olar. Tazşa ilə əlaqəlidir. Kalçapatır (Kelce Bator) olaraq keçdiyi dillər vardır. "Helce" formasıyla da deyildiyi olar. Bir çox Türk dilində '"Kal/Kel"' sözü keçəl deməkdir. Kәloğlanın altay nağılllarındakı köhnə forması olan Kelce; çox bilmiş, hiyləgər və bəxtiyardır. Çox bilmiş və Mәsxәrәçi olaraq da görünür. Altay əfsanələrində keçəl qadın şaman ölüləri belə dirildir. Bu səbəblə keçəllik bir güc simvoludur. Günəşli bir gündə qar yağdırar, fırtına çıxarar. Manas Dastanında "Tarqıl Taz" adlı bir kahin vardır ("Taz", keçəl deməkdir). Kel/Kal sözünün monqolca Qal "atəş" sözü ilə də əlaqəsi vardır. Atəş müqəddəslik və güc ehtiva edən bir enerjiyə malikdir. Monqolların Qal Xan adlı bir ilahı vardır.
Kәloğlan Anadolu Türk nağılları arasında əhəmiyyətli bir yerə malikdir. Anası ilə yaşayan Kәloğlan, kasıb bir cavandır. Dolanmaq üçün bir çox işə girib çıxır. Bacarıqsız və safdır, ancaq yeri gəldiyində hazır cavab olması və qarşılaşdığı problemlərə ağıllı, praktik həllər tapmağı bilər. Bu xüsusiyyətləriylə də, hər nağılın sonunda mütləq muradına çatan bir qəhrəmandır.
Əlaqədar mifoloji motivlər
Keley
Keley - altay mifologiyasında adı çəkilən yarı tanrıdır. Ülgənin qızlarından biri ilə, yerdən doğulan bir şamanın evliliyindən dünyaya gələn bir adamdır. Pәltәk dillidir. Tazşa adlı nağıl şəxsiyyətinin formalaşmasında rol oynayan arxaik tiplərdəndir. Yəni Anadoluda nağıllarda adı çəkilən Keloğlan (Keçəl Oğlanın)ın Türk mifologiyası içindəki ən qədim forması olduğu deyilə bilər. Monqollar və avarlar da ilk atalarının keçəl olduğunu söyləyərlər.
Kaldaz xanım
Kaldaz xanım - türk və altay mifologiyasında od ilahəsi. Başqa bir görüşə görə mal və iribuynuzlu heyvanların qoruyucusudur. Əmrindəki olan canlılara Kaldazın adı verilər. Monqolca Qal (atəş) və Xal/Hal sözü ilə əlaqəlidir. Bundan başqa Kal/Kel kökü keçəllik ifadə edər. Kal (atəş) və Daz (keçəl) sözlərinin birləşmiş halıdır.
Mənbə
- Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.)
- Türk Mitolojisi Sözlüğü, Pınar Karaca Arxivləşdirilib 2012-11-30 at the Wayback Machine (Keçel) (türk.)