Kəlbəli xan Xoyski

Kəlbəli xan Əhməd xan oğlu Xoyski — Rus ordusunda general mayor, İskəndər xan Xoyskinin atası, Fətəli xan Xoyskinin ata babası.

Kəlbəli xan Xoyski
Şəxsi məlumatlar
Digər adı Kiçik ağa
Doğum tarixi
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri Kərbəla
Həyat yoldaşı Sara xanım Cəfərqulu xan qızı
Uşağı İskəndər xan Xoyski
Atası Əhməd xan
Anası Səltənət bəyim
Hərbi fəaliyyəti
Qoşun növü süvari
Rütbəsi general-mayor
Təltifləri "Müqəddəs Stanislav" ordeni

Həyatı

Cəfərqulu xan Xoyski ilə birlikdə Nuxaya (Şəkiyə) gələn xoylulardan biridir. O, Xoy xanı Əhməd xanın oğlu idi və əmisi Cəfərqulu xanın qızı Sara xanımla evlənmişdi.

1819-cu ildə - Şəki xanlığının ləğv edilməsindən az sonra, ruslar mərhum İsmayıl xanın qohum-əqrəbasının bir qisminə illik təqaüd kəsdilər. Məsələn, o vaxt "Kiçik ağa" ləğəbi ilə tanınan əmisi oğlu Kəlbəli bəyə, yəni Kəlbəli xan Xoyskiyə, əvvəl 1300, sonra isə 2300 manat; onun anası Səltənət bəyimə 1200 manat və s. Lakin bununla yanaşı, həm də onlara Nuxanı tərk etmək "məsləhət" görüldü.

Bu arada, İran şahının vəliəhdi Abbas Mirzə rəsmi şəkildə Kəlbəli bəyin İrana qayıtmasını istəyirdi. Həmin işin nə vaxt və nə dərəcədə realizə olması bəlli deyil. Yalnız o məlumdur ki 28 noyabr 1828-ci il tarixli sənəddə onun titulu xan, özü isə "Xoyu idarə edən şəxs" kimi göstərilir". Həmin vaxt Xoy Rus işğalı altında idi və Kəlbəli xanın onlara xidmət etməsinin müqabilində, 22 avqust 1829-cu il tarixdə rütbəsi (–20 ildən artıq idi ki polkovnik idi) artırıldı – general-mayor oldu.

Daha sonralar, 20 dekabr 1831-ci il tarixli sənəddə, həmin vaxt Dərbəndən Dağıstanın içərilərinə doğru hərbi missiyaya başlamış rus qoşunlarının komandanlarından biri kimi Kəlbəli xanın da adına təsadüf edilir. Kəlbəli xan 10 avqust 1834-cü il tarixdə Yelisavetpolda (– Gəncə şəhərində) dünyasını dəyişmişdir.

Kəlbəli xanın ölümündən bir ay sonra – 11 sentyabr 1834-cü il tarixdə cənazəsi Kərbəlaya göndərilmişdir (1819-cu ildə İsmayıl xanın ölümündən də sonra həmin bu Kəlbəli bəy rus hakimiyyət dairələrinə rəsmən müraciət edərək mərhumun nəşinin Kərbəlaya aparılması üçün təşkilati köməklik göstərilməsini istəmişdir).

Ailəsi

Kəlbəli bəy Sara bəyimlə ailə qurmuş və bi nikahdan İsgəndər xan doğulmuşdur.

Mənbə

Aydın Məmmədov. Bir qəbir kitabəsinin izi ilə, yaxud Fətəli xan Xoyskinin əsli nəcabətinə dair tarixi faktlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.