Kəlbəli xan Kəngərli
Kəlbəli xan Kəngərli (Naxçıvan – 1820, Naxçıvan) — Naxçıvan xanı.
Kəlbəli xan Kəngərli | |
---|---|
fars. کلبعلی خان کنگرلو | |
1787 – 1796 (1797) | |
Əvvəlki | Abbasqulu xan Kəngərli |
Sonrakı | Abbasqulu xan Kəngərli |
Naxçıvan xanı (2-ci dəfə) | |
1801 – 1804 | |
Əvvəlki | Abbasqulu xan |
Sonrakı | Abbasqulu xan |
Naxçıvan xanı (3-cü dəfə) | |
1804 – 1807 | |
Əvvəlki | Abbasqulu xan |
Sonrakı | Abbasqulu xan |
Naxçıvan xanı (4-cü dəfə) | |
1808 – 1808 | |
Əvvəlki | Abbasqulu xan |
Sonrakı | Kərim xan Kəngərli |
Naxçıvan xanı (5-ci dəfə) | |
1809 – 1810 | |
Əvvəlki | Kərim xan Kəngərli |
Sonrakı | Abbasqulu xan |
Naxçıvan xanı (6-cı dəfə) | |
1812 – 1817/1820 | |
Əvvəlki | Abbasqulu xan |
Sonrakı | Ehsan xan Kəngərli |
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vəfat tarixi | 1820 |
Vəfat yeri | |
Atası | Ehsan xan Kəngərli |
Uşaqları | |
Dini | şiəlik |
Həyatı
Ən qüdrətli Naxçıvan xanı olmuş Kəlbəli xan fasilələrlə dövləti təxminən 25 il idarə etmişdir. Ehsan xanın (Böyük Xan) ailəsində dünyaya göz açan Kəlbəli xan usta sərkərdə, mahir diplomat, bir sıra memarlıq abidələrinin tikdirən (Naxçıvan xan sarayı (1760) Surb Qevorq kilsəsi (1990-cı illərdə Naxçıvan xalqı tərəfindən partladımışdır) (1804–1805) və.s.), ən əsası Naxçıvan xalqının sevdiyi hörmət etdiyi və Naxçıvan xalqını sevən uzaqgörən bir şəxsiyyət olmuşdur. Belə ki hər zaman onunla mübarizə aparan əmisi oğlu Abbasqulu xan digər dövlətlərə arxalanıb 1781–1783 II İrakli, 1787-İbrahimxəlil xan, 1797–1801 Fətəli şah, 1804 Kəlbəli xanın Tehrana getməsindən istifadə edərək, 1808–1812 Abbas Mirzə Abbasqulu xanı Naxçıvan taxtına gətirmişdir) xanlıq etsə də Kəlbəli xan gücünü xalqdan almışdır. (Kəlbəli xan çox qüdrətli olduğu üçün Naxçıvan camaatı arasında lovğalanan birinə belə deyilir — Buna bax elə bil Kəlbəli xanın oğludur (ya da qızı).
İdarəçiliyi
1787–1796-cı illərdə xanlığı tam müstəqil idarə etmişdir. Digər zamanlarda İran vassallığında olsa da hər zaman öz müstəqil fikirlərini həyata keçirməyə çalışmış, çox zaman isə şahın sözünə əməl etməmişdir və buna görə 1807–1812-ci illərdə Tehranda dustaq saxlanılmışdır. Qeyd edək bu xanın ikinci Tehran dustaqlığı idi. Vaxtilə Ağa Məhəmməd şah Qacar da 1796–1797-ci illərdə xanın gözlərini çıxardaraq dustaq etmişdi. Çünki Qacar Azərbaycan xanlarına məktub yazıb qardaşlarından birini girov olaraq tələb etmişdir. Qacar elə fikirləşirdi ki xanlar ona tabe olacaq lakin belə olmadı Qacar vuruşmalı oldu və müvəffəqiyyətli ola bilmədi. Kəlbəli xan Qacara Abbasqulu xanı girov göndərmişdi. Qacar da bilirdi ki Abbasqulu xan onun qardaşı yox əmisi oğludur. Buna görə Tiflisdən qayıdarkən Kəlbəli xanı çadırına çağırıb gözlərini çıxartmışdı və əsir götürmüşdü.
1812-ci ildə Abbasqulu xanın xidmətlərindən narazı olan Abbas Mirzə onu hakimiyyətdən devirib Tehranda edam etdirdi. Naxçıvan xanlığına başqa alternativ tapa bilməyən Abbas Mirzə yenidən Kəlbəli xanı Naxçıvan xanlığına hakim təyin edib ondan özünə tam sədaqət ilə xidmət etməsini gözləsə də Kəlbəli xan yenə də tam müstəqil olmasa da müstəqil hərəkət etməyə davam etmişdir. Belə ki 1816-cı ildə rus generalı Yermolov və diplomat Qriboyedovu Xan sarayında qonaq etmiş öz fikirlərini onlarla bölüşmüş İrana aid narazılıqlarını bildirmişdir.
Nüfuzu
1797–1801-ci illərdə İrəvanda bir növ sürgün həyatı yaşayan Kəlbəli xan İrəvan xanı Məhəmməd xana təsir edərək xanlığın idarəsində söz sahibi olmuş və hörmət qazanmışdır.
1803-cü il fevralın 6-da Sisianov Kəlbəli xana yazırdı: "… Ali məqamınızdan xahiş edirəm ki, sizdən asılı olan bütün imkanlardan istifadə edərək Ümumrusiya əlahəzrət imperatoru və ali sultanın razılığına əsasən, Ararat patriarxı Danil katalikosun öz vəzifəsinə qaytarılması üçün kömək edəsiniz. Mənə gəlib çatan xəbərə görə inanıram ki, sizin katalikos Danilin geri qaytarılması üçün imkanlarınız var"
Cavab məktubu tapılmasa da daha sonra xan Tehrana getmiş və Danili Naxçıvana gətirmişdir. Lakin İrəvan xanı Məhəmməd xan 8 ildi həbsdə olan Danilin yerinə öz adamı Davidi katalikos seçmişdi və Danili İrəvana buraxmadı. 1804–1805-ci illərdə Danil Naxçıvanda qaldı. Məhəmməd xan hakimiyyətdən devriləndən sonra Danil İrəvana qayıtdı. Danilin Naxçıvanda olduğu müddətdə Kəlbəli xan onun üçün Naxçıvan şəhərində kilsə tikdirmişdi.
Fətəli şah İrəvan xanı Məhəmməd xanı devirdikdən sonra İrəvan xanlığının idarəsini müvəqqəti olaraq Kəlbəli xana tapşırır.
Xanın heyiflsilənməsi
Arxiv sənədlərində Kəlbəli xanın vəziri ilə söhbətində gözlərinin yaxşı ki kor olduğunu hər tərəfi bağ bağat , gözəl tarixi abidələrlə zəngin olan Naxçıvanın Rus İran müharibəsində necə viran olduğunu görməmişəm dediyi qeyd olunmuşdur(Ehtimal ki Memar Əcəminin tikdirdiyi Naxçıvan Cümə Məscidi məhz bu zaman və ya ikinci rus — İran müharibəsi zamanı dağıdılmışdır.)
Vəfatı
1820 ci ildə yorğun və yaşlı xan Həcc ziyarətinə gedir və geri qayıdarkən Təbriz yaxınlığında vəfat edir və qürbətdə dəfn olunur.
Ailəsi
Oğlanları Nəzərəli xan Kəngərli, Ehsan xan Kəngərli, Şeyxəli xan Kəngərli, Fərəculla xan Kəngərli, Mehdi ağa Kəngərli, İskəndər bəy Kəngərli.
Kəlbəli xan Kəngərli | |||||||||||||||||||||||||||||
Ehsan xan Kəngərli (1789—1846) | |||||||||||||||||||||||||||||
![]() İsmayıl xan Naxçıvanski (1819—1909) | ![]() Kəlbəli xan Naxçıvanski (1824—1883) | ![]() Qönçəbəyim (1827—?) | |||||||||||||||||||||||||||
Ehsan xan Naxçıvanski (1855 — 1894) | ![]() Cəfərqulu xan Naxçıvanski (1859—1929) | ![]() Hüseyn xan Naxçıvanski (1858-1919) | |||||||||||||||||||||||||||
![]() Kəlbəli xan Naxçıvanski (1891—1931) | ![]() Cəmşid Naxçıvanski (1895—1938) | Davud xan Naxçıvanski (?—1934) | |||||||||||||||||||||||||||