Kələzeyvə türbəsi
Kələzeyvə türbəsi — İsmayıllı rayonunun Kələzeyvə kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsidir. Kələzeyvə kəndində qədim qəbirsanlıq və pir yerləşdiyinə görə, ətraf yerlərin sakinləri də buradan dəfn üçün istifadə edirdilər.[1]
Kələzeyvə türbəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | İsmayıllı |
Aidiyyatı | Kələzeyvə |
Tikilmə tarixi | XIX əsrin I yarısı |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Hissəsi | türbə |
İstinad nöm. | 4358 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Tarixi
Türbənin girişinin sol tərəfində divara hörülmüş kitabədən bəlli olur ki, abidə XIX əsrin birinci yarısında Şamaxı xanı Mustafa xanın ailə üzvlərinin məzarları üzərində inşa edilmişdir.[1]
Memarlıq xüsusiyyətləri
Ümumilikdə 6 metrə yaxın hündürlüyü olan tübənin memarlığında əsas diqqət çəkən cəhət inşaat işlərinin yüksək keyfiyyətdə həyata keçirilməsidir. Planda səkkizguşəli olan türbənin daxili həcminin həllində Yeddigünbəz türbələr kompleksinə daxil olan türbələrin memarlığı təkrarlanmışdır. Burada səkkizguşəli təməl hissədən daxili günbəzə keçid, ikinci yarusun ornamental traktovkalı tromplarına bənzər kiçik tromplar vasitəsi ilə həyata keçirilmişdir.[1]
Həm daxili nişlərin, həm də giriş hissənin tağları oxvari formalıdır. Türbənin digər detalları, karniz və tsokolun profilləri, tağların çərçivələri və digər detallarda Rusiya ilə əlaqələr nəticəsində meydana gəlmiş yeni formalar hiss olunmaqdadır.[1]
İstinadlar
- Саламзаде, 1964. səh. 62
Ədəbiyyat
- Саламзаде, А. В. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.
Həmçinin bax
- Yeddigünbəz türbələr kompleksi - Şamaxı xanlarının ailə üzvlərinin dəfn edildiyi digər türbələr kompleksi