Kələxana
Kələxana — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şamaxı rayonunun Şamaxı şəhər inzibati-ərazi vahidinin Kələxana kəndi Şəhriyar qəsəbə inzibati-ərazi vahidinin tərkibinə verilmişdir.[1] Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı ilə Şamaxı rayonunun Kələxana kəndi Şəhriyar qəsəbə inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Kələxana kənd inzibati ərazi vahidi yaradılmışdır.[2]
Kələxana | |
---|---|
40°35′27″ şm. e. 48°36′23″ ş. u. | |
Ölkə | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
|
Toponimikası
Kənddə tarixi-memarlıq kompleksi olan Kələxana türbələri yerləşir. Kəndin adı bu türbələrin adından alınmışdır. Toponim ərəb dilindəki kələ (məbəd, sərdaba, zaviyə) və fars dilindəki xana (bina, ev, tikili) komponentlərindən düzəlib, "məbəd, sərdaba, kompleks tikili" mənasındadır.[3]
Əhalisi
Kənd əhalisi 363 nəfərdir ki, onun da 176 nəfəri kişi, 187 nəfəri isə qadınlar təşkil edir.
Coğrafiyası və iqlimi
Kənd Şamaxı platosunda yerləşir.
İstinadlar
- "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
- "Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-25.
- Kələxana // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.