Kələmin gövdə gizli xortumlusu

Kələmin gövdə gizli xortumlusu (lat. Ceutorhynchus pallidactylus) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Uzunburun böcəklər fəsiləsinə aid olan növ.

Kələmin gövdə gizli xortumlusu
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Ranqsız:
Ranqsız:
Tactopoda
???:
Kələmin gövdə gizli xortumlusu
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  201858

Xarici quruluşu

Böcəklərdə xortum uzun və nazikdir. Böcək qara rənglidir. Üzərində sıx boz tükcüklər vardır. Pəncələri qırmızı rəngli iti caynaqlı olur. Dişilərin böyüklüyü 2,5-3,2 mm-dir. Yumurtası ovaldır və şüşə kimi şəffafdır. Orta hesablama uzunluğu 0,7 mm, eni 0,5 mm-dir. Pupu sarımtıldır.

Həyat tərzi

Bir dişi fərd öz həyatı boyu 40-a qədər yumurta qoyur. Rüşeymin inkişafı 4-8 gün çəkir. Bundan sonra sürfələr çıxır. Bir gövdə daxilində 20 və daha çox sürfə olur. sürfələr 1 ay yaşayır və bu dövür ərzində 3 dəfə qabıq dəyişərək 4 yaş keçirir. 2-3 həftədən sonra pupdan böcək çıxır.

Yayılması

Avropa, Şimali Afrika, Kiçik Asiya, Şimali Amerika, Zaqafqaziya, PribaltikaKareliya Respublikasında yayılıb. Azərbaycanın tərəvəzçılıklə məşğul olan bütün rayonlarında yayılmış kələmin gövdə gizlixortumlusu parniklərdə kələm şitillərinə və eləcədə başqa toxumluq xaççiçəkli bitkilərə zərər verir.

İstinadlar

    Həmçinin bax

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.