Kələşkənd

KələşkəndSeyidli-Ağsaxlı, İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd.

Kələşkənd

1918-ci ildə əhalisi qovulmuş, 1922-ci ildə az hissəsi geri qayıdaraq yenidən məskunlaşmışdır. 1931-ci ildə kənd dağılmışdır. “Kələş” sözünün bu və başqa toponimlərdə mənşəyi məlum deyil. Ehtimal ki, gətirilmə addır. Orta əsrlərdə Kürdüstanda Kalas və Kalaş əyalətləri də məlumdur[1][2]

İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonu ərazisində kənd. Zəngi çayının sağ qolunun üzərində yerləşirdi Erməni mənbəyində Kyalaşkənd formasında[3], Qafqazın 5 verstlik xəritəsində Kələskənd formasında[4] qeyd edilmişdir. Kənddə 1831-ci ildə 96 nəfər, 1873-cü ildə 288 nəfər, 1886-cı ildə 363 nəfər, 1897-ci ildə 404 nəfər, 1904- cü ildə 373 nəfər, 1914-cü ildə 437 nəfər, 1916-cı ildə 372 nəfər yalnız azərbaycanlı yaşamışdır [5]. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq yerli sakinləri - azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya edilmişdir. Kənd 1926-cı ildə ləğv edilmişdir. İndi xaraba kənddir.[6].

İstinadlar

  1. Max Şaraf-xanum Kürdistani. Xronika doma Ardalan. M., 1990, s. 93
  2. Budaqov B.Ə., Qeybullayev Q.Ə. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. 3 cild. Bakı, «Nafta Press» nəşriyyatı, 1998
  3. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.6
  4. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.155
  5. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.67, 98-99)
  6. İbrahim Bayramov. QƏRBİ AZƏRBAYCANIN TÜRK MƏNŞƏLİ TOPONİMLƏRİ. Bakı, 2002
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.