Kəkilli pinqvin

Qayalıq pinqvini (kəkilli pinqvin)[3] (lat. Eudyptes chrysocome) — pinqvinlər fəsiləsinə aid növ.

Kəkilli pinqvin
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Kəkilli pinqvin
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  559996
NCBI  79626
FW  173571
Qayalıq pinqvininin yumurtası

Xüsusiyyətləri

Pinqvinlər 55–62 sm uzunluğa, 2–3 kq təşkil edir. Əsasən Subantarktik qurşaqda, Tasmaniya və Odlu Torpaq ərazilərində yayılmışlar. Onları hətta Cənubi Amerika sahillərində belə görmək mümkündür.

Bu pinqvinlərin ayaqları qısadır. Onlar bədənin arxasında yerləşir. Tükləri 2,9 sm uzunluğa malikdir. Başında parlaq-sarı rəngdə lələklər olur. Qanadları güçlü, ensiz olur və pərə bənzəyir. Gözləri qısadır.

Yayılması

Dünyada sayı 3,5 mln baş təşkil edir. Nəsilin artımı stabildir.

Həyat tərzi

Qayaya dırmanan pinqvinlər iri koloniyalar şəklində yaşayırlar[4]. Onlar lavadan əmələ gələn pilləvari qayalıqlara çıxırlar. Yuvada bu qayalıqların üzərində qurulur və əsasən ot, çınqıl və ya kiçik sümüklərdən qurulur.

Qayalıq pinqvinləri kril və kiçik xərçəngkimilərlə qidalanırlar. Soaial quşlardır, bu səbəbdən onları tənha görmək mümkün deyildir. Onların koloniyalarında sayları olduqca çox olur. Onlar olduqca səs-küylüdürlər. Güçlü səsləri ya ərazinin ona məxsus olmasını bildirmək ya da əks cinsin nümayəndəsini cəlb etmək məqsədi ilə çıxarırlar. İstirahət edərkən başlarını qanadlarının altına soxurlar. Yay ayları (3–5 ay) koloniyanı tək edərək açıq dənizə çıxırlar. Burada onlar piy toplayırlar. Onların qanadları daha çox pərə bənzəyirdi. Onlar sahil qayalıqlarında yaşayırdılar. Onlar burada çala qazaraq yumurta qoyurlar. Tənzimlənməyən balıq ovu onları qidadan məhrum etmişdir. Populyasınanın inkişafına maneə olan digər fakt isə neft və digər tullantılardır[5]. Qayayadırmanan pinqvinlərin orta ömür müddəti 10 ildir.

Çoxalması

Şimal rayonlarda çütləşmə sentyabr-oktyabr, cənub rayonlarında isə noyabr-dekabr ayları çütləşirlər. Tərəflər çütləşməyə hazır olmaları barədə sualtında siqnal verirlər. Çütlər uzun zanam birlik qururlar. Bəzən dişilər üç yumurta belə qorurlar. Yumurtalara erkəklər baxır. Əgər dişi vaxtında gəlmirsə onda balaları erkək onun həzm sistemində qidanın həll olması ilə əmələ gələn "pinqvin" südü ilə qidalandırır. Birinci yumurta 20–50% digərlərindən kiçik olur. Bu səbəbdən onlardan nadir hallarda çıxan balalar sağ qalır. 10 həftəliyində tüklərini dəyişərək böyükləyə bənzəyirlər. Bir çox adalarda bura insan tərəfindən gətirilən donuz, tülkü və itlər həyatlarına böyük təhlükə törədirlər.

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 1999.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. Conservation at Drusillas Park Arxivləşdirilib 2013-05-16 at the Wayback Machine, Conservation at Drusillas Park
  4. BirdLife International (2008b). Arxivləşdirilib 2008-09-14 at the Wayback Machine [2008 IUCN Redlist status changes]. Retrieved 23 may 2008.
  5. Devon Phelan. "Eudyptes chrysocome rockhopper penguin". Animal Diversity Web. 2013-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-09.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.