Kəhrizoba
Kəhrizoba — Azərbaycan Respublikasının Şəki rayonunun Cəfərabad kənd inzibati ərazi dairəsində kənd.[1]
Kəhrizoba | |
---|---|
40°59′11″ şm. e. 47°11′46″ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | Şəki rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 45 nəfər |
|
Tarixi
Kəhrizoba Şəki rayonunun Cəfərabad inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Oykonim kəhriz (içməli suları toplayıb yer səthinə çıxarmaq üçün yeraltı quyu) və oba sözlərinin birləşməsindən düzəlib, "kəhriz yanında oba" mənasındadır[2].
Əhalisi
Kəndin əhalisi 45 nəfər təşkil edir ki, onun da 25 nəfəri kişi, 20 nəfəri isə qadındır.
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
- "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.