Kütləvi informasiya vasitələri
Kütləvi informasiya vasitələri (KİV) — texniki vasitələrdən istifadə etməklə informasiyanın ictimai formada ötürülməsi orqanlarının məcmusu.
Yayım mediası informasiyanı filmlər, radio, yazılmış musiqi və ya televiziya kimi media vasitələri ilə elektron şəkildə ötürür. Rəqəmsal media həm internetdən, həm də mobil kütləvi kommunikasiyadan ibarətdir. İnternet mediası e-poçt, sosial media platformaları, internet saytları və internet əsaslı radio və televiziya kimi xidmətlərdən ibarətdir. Bir çox digər kütləvi informasiya vasitələrinin internetdə əlavə iştirakı var. Bunlara televiziya reklamlarına onlayn qoşulmaq və ya yayımlamaq, ya da açıq və ya çap mediasında QR kodları yaymaq, mobil istifadəçiləri veb-sayta yönləndirmək daxildir. Bu yolla, onlar internetin verdiyi asan əlçatanlıq və yardım imkanlarından istifadə edə bilərlər. Beləliklə, onlar eyni vaxtda və sərfəli şəkildə dünyanın bir çox müxtəlif bölgələrində asanlıqla məlumat yayımlaya bilərlər. Xarici media məlumatı bilbordlar, blimplər, uçan reklam lövhələri, avtobusların, ticarət binalarının, dükanların, idman stadionlarının, metro vaqonlarının və ya qatarların, köşklərin daxilində yerləşdirilən yazılar, lövhələr, plakatlar kimi media vasitələri ilə ötürür.[1] Çap mediası kitablar, komikslər, jurnallar, qəzetlər və ya broşürlər kimi fiziki obyektlər vasitəsilə məlumat ötürür.[2] Tədbirlərin təşkili və ictimai çıxış da kütləvi informasiya vasitələrinin formaları sayıla bilər.[3]
Mobil telefon
Mobil telefon və ya istənilən telefon bu mənada adətən kütləvi media növü hesab olunmur. Telefon iki tərəfli kommunikasiya cihazı hesab olunaraq, eyni zamanda bir neçə nəfərə xidmət edə bilir. KİV anlayışına baxdıqda, burdan aydın olur ki, kütləvi informasiya vasitəsi eyni zamanda ismarışını böyük qrup insana göndərir. Lakin müasir mobil telefonlar artıq bir istiqamətli cihaz deyil. Bir çox mobil telefonlar internetə çıxaraq, onun vasitəsilə kütləvi medium hesab olunan istənilən sayta qoşula bilər. Bəs bu səbəb mobil telefonları kütləvi mediuma, yoxsa sayta girişi olan sadə bir cihaza çevirir? Hal-hazırda marketoloq və reklamçılara istifadəçi tərəfindən razılaşdırılmayan peyk, televiziya kommersiya və reklamlarının birbaşa milyonlarla mobil telefonlara daxil olmağı üçün icazə verən hərəkətli bir plan var. Milyonlarla insana kütləvi reklamı ötürmək həqiqətən kütləvi kommunikasiyadır.[4]
Videooyunlar
Videooyunlar da kütləvi medium kimi inkişaf edə bilər. Təsəvvür edin ki, videooyunlar vasitəsilə istifadəçilərə müəyyən ismarış və ideologiyaları çatdırırıq. Online oynayan istifadəçilər bəzən öz təcrübələrini paylaşdığı kimi, videooyunları ayrı-ayrılıqda oynayan istifadəçilər də təcrübələrini paylaşa bilər. Videooyunu heç vaxt bu oyunu oynamayan dostunuz ilə ətraflı müzakirə edə bilərsiniz, çünki bu təcrübə hər ikiniz üçün eynidir.[5]
Tənqidi
Kütləvi informasiya vasitələrinin tədqiqinin başladığı dövrdə media yalnız XXI əsrin sosial media təcrübəsindən çox fərqli media sistemi olan KİV-dən ibarət idi.[6] KİV-in artıq mövcud olmadığı və ya ən azı bir zamanlar olduğu formada olmaması ilə bağlı tənqidlər səslənir. Kütləvi informasiya vasitələrinin bu orijinal forması sosial media cəmiyyətində verilməsi daha çətin olan "xəbərlər"lə bağlı geniş ictimaiyyətin nələrə məruz qalacağına dair filtrlər qoyur.[7] Nəzəriyyəçi Lens Bennett izah etmişdir ki, yaxın tarixdə bir neçə mühüm hadisəni nəzərə almasaq, kifayət qədər böyük bir qrupun kütlə etiketinə sahib olması, eyni xəbərləri eyni kütləvi istehsal vasitəsi ilə izləməsi qeyri-adi haldır.[8] Sosial media, kütləvi informasiya vasitələrindən yeni paradiqmaya keçilməsinə böyük töhfə verir, çünki sosial media vasitəsilə kütləvi kommunikasiyanın nə olduğu və şəxsiyyətlərarası kommunikasiyanın nə olduğu bir-birilə qarışıq düşür.[9]
Mənbə
İstinadlar
- "Mass Media". eNotes.com. 7 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 June 2019.
- Riesman et al. (1950) ch. 2 p. 50
- Bhattacharyya, Ajanta. "History of Mass Media". Buzzle.com. 5 October 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 November 2011.
- Plural form of the word medium.
- Center for Media Literacy (CML).
- Turner, Graeme. "2015 Henry Mayer Lecture: critical media studies and the re-invention of the media". Media International Australia. 161 (1). November 2016: 101–108. doi:10.1177/1329878x16659549.
- Environmental Development Plan (EDP): Photovoltaics. Department of Energy. 1977. ProQuest 87571696.
- Bennett, Lance. The Political Economy of News (PDF) // News: The Politics of Illusion (9). Pearson. 2011. səh. 237. ISBN 978-0-205-08241-4. 3 August 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 January 2019.
With the exception of the Super Bowl and national crises such as 9/11 or the invasion of Iraq, it makes little sense to talk about a mass media audience any longer, at least one defined by large numbers of people gathering around televisions and watching the same information fed from a few sources. In just one decade, between 1993 and 2004, the percentage of people who regularly watched network TV news dropped 34 percent.
- Turner, Graeme. Re-Inventing the Media (ingilis). Routledge. 2015. ISBN 978-1-317-38147-1.
Ədəbiyyat
- Riesman, David and Gitlin, Todd and Glazer, Nathan (1950) The Lonely Crowd, preview at google books
Əlavə ədəbiyyat
- Vipond, Mary. The mass media in Canada. James Lorimer & Company. 2000. səh. 88. ISBN 978-1-55028-714-1.
- Eco, Umberto. Travels in Hyperreality: Essays. Waever, William tərəfindən tərcümə olunub. San Diego: HMH. 2014 [1967]. ISBN 978-0-547-54596-7.
- Lorimer, Rowland; Scannell, Patty. Mass communications: a comparative introduction. Manchester University Press. 1994. 26–27. ISBN 978-0-7190-3946-1.
- Blanchard, Margaret A. History of the mass media in the United States: an encyclopedia. Fitzroy Dearborn. 1998. ISBN 978-1-57958-012-4.
- Bösch, Frank. Mass Media and Historical Change: Germany in International Perspective, 1400 to the Present (Berghahn, 2015). 212 pp. online review
- Cull, Nicholas John, David Culbert and David Welch, eds. Mass Persuasion: A Historical Encyclopedia, 1500 to the Present (2003) 479 pp; worldwide coverage
- Dauber, Cori Elizabeth. "The shots seen 'round the world: The impact of the images of Mogadishu on American military operations." Rhetoric & Public Affairs 4.4 (2001): 653–687
- Folkerts, Jean and Dwight Teeter, eds. Voices of a Nation: A History of Mass Media in the United States (5th Edition, 2008)
- Fourie, Pieter J. Media Studies: Media History, Media and Society (2008)
- Graber, Doris A., and Johanna Dunaway. Mass media and American politics (CQ Press, 2017)
- Martin, James B. Mass Media: a bibliography with indexes. Nova. 2002. ISBN 978-1-59033-262-7.
- Paneth, Donald, ed. The Encyclopedia of American journalism (1983) online
- Ross, Corey. Mass Communications, Society, and Politics from the Empire to the Third Reich (Oxford University press 2010) 448 pp, on Germany
- Vaughn, Stephen L., ed. Encyclopedia of American Journalism (2007) online
- Wilke, Jürgen. Media Genres. Institute of European History. 2011.
- Hacker, Violaine. "Citoyenneté culturelle et politique européenne des médias: entre compétitivité et promotion des valeurs", Nations, cultures et entreprises en Europe, sous la direction de Gilles Rouet, Collection Local et Global, L’Harmattan, Paris, pp. 163–84