Küveytdəki neft quyularının yandırılması

Hərbi konfliktlərlə bağlı olan ekoloji fəlakətlərə bir misal kimi 1991-ci ilin əvvəllərində Küveytdə və Fars körfəzi ətrafında "Səhrada fırtına" əməliyyatından sonra baş vermiş hadisələri misal göstərmək olar. Küveytdən geri çəkilən işğalçılar 500-dən artıq neft qazma quyusunu partlatdılar. Onların əksəriyyəti od tutub yanaraq 6 ay ərzində böyük bir ərazini zəhərli qaz və his ilə zəhərləmişdilər. Yanmayan qazma quyularından neft fəvvarə vuraraq Fars körfəzində böyük göllər yaratmışdır. Bura həmçinin çoxlu miqdarda dağıdılmış terminal və tankerlərdən də neft axırdı. Nəticə olaraq 1554 km² dəniz səthi, 450 km sahil zolağı neft ilə örtülmüşdür ki, bu da xeyli sayda canlının məhvinə səbəb olmuşdur. Alov məşəllərində hər gün 7,3 mln litr neft yanırdı ki, bu da ABŞ-nin gündəlik neft idxalı həcminə bərabər idi. Yanğından əmələ gələn his dumanları 3 km-ə kimi qalxaraq külək vasitəsi ilə Küveyt sərhəddlərindən çox-çox uzaqlara yayılırdı. Səudiyyə Ərəbistanıİranda qara yağışlar, Kəşmirdə qara qar yağırdı. Havanın neft hisi ilə çirklənməsi, həmçinin, əhalinin sağlamlığına da, pis təsir edirdi. Ekspertlər müəyyən etmişdirlər ki, bu fəlakət aşağıdakı təzahürlər ilə müşahidə olunmuşdur:

İraq əsgərləri ölkədən geriyə çəkilərkən, 700-dən artıq Küveytə məxsus olan neft quyusunu yandırmışdır
Yanan quyuların yuxarıdan görüntüsü

1) İstilik çirklənməsi- 86 mln kvt./gün

2) Yanan neftdən əmələ gələn his- 12000 t/gün

3) Karbon qazı- 1,9 mln t/gün

4) Kükürd qazı- 20 000 t/gün

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.