Kütləvi intihar

Kütləvi intihar – çoxlu sayda insanın birlikdə və ya eyni səbəbdən ayrı-ayrı yerlərdə kütləvi formada intihar etməsi. Kütləvi intihar hallarına tarixdə nadir hallarda rast gəlinsə də, bir çox nümunəsi mövcuddur.

Önəmli kütləvi intihar nümunələri

  • Eramızdan əvvəl 133-cü ilə baş vermiş Numantiya mühasirəsi zamanı, numantiyalılar təslim olmağın əvəzinə kütləvi intihar etmək yolunu seçmişdir.
  • 1336-cı ildə Litvada yerləşən Pilenayi qalası Tevton ordeninin cəngavərləri tərəfindən mühasirəyə alınmışdır. Knyaz Margiris özünü və adamlarını müdafiə edə bilməyəcəyini başa düşəndə, düşmənin əlinə heç bir şeyin keçməməsi məqsədi ilə qalanı oda vermiş, özü və əsgərləri ilə birlikdə kütləvi intihar etmişdir.
  • 1945-ci ilin aprel və may aylarında Almaniyanın şimalında yerləşən Demmin şəhərində yaşayan 900 nəfərə yaxın sakin Sovet ordunsunun əlinə keçməmək məqsədi ilə kütləvi intihar etmişdir.[1]
  • 1978-ci ildə Qayananın şimalında Cim Cons rəhbərliyindəki Xalqlar məbədi tərəfindən yaradılmış Constaun şəhərciyindəki 918 nəfər dini baxışları səbəbindən kütləvi intihar etmişdir.

İstinadlar

  1. Lakotta, Beate. "Tief vergraben, nicht dran rühren" (German). SPON. 2005-03-05. 2020-04-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-16.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.