Kürsəngi palçıq vulkanı

Kürsəngi palçıq vulkanı[1] - Salyan rayonu, Kürsəngi kəndi ərazisində, Bakı-Salyan yolunun sağında yerləşən sönmüş palçıq vulkanı. Adının etimologiyasına dair bir çox nəzəriyyələr mövcuddur: Kürün səngidiyi yer olaraq- Kürsəngi; Kür və səng (farsca: daş, qaya) Kürsəngi-Kürdaşı olaraq və s.

Kürsəngi palçıq vulkanı
Ümumi məlumatlar
Növü Palçıq vulkanı
Yerləşməsi
39°46,14′ şm. e. 49°8,46′ ş. u.
Ölkə  Azərbaycan
Rayon Salyan
Kürsəngi palçıq vulkanı xəritədə
Kürsəngi palçıq vulkanı
Kürsəngi palçıq vulkanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

Dağın hündürlüyü təxminən 77 metrə çatır. Palçıq vulkanı dağı Kürsəngi kəndi ərazisində yerləşir. Dağın şimal-şərq ətəklərində Yolustü kəndi yerləşir. Dağın ərazisində "Kürsəngi küp qəbirlər nekropolu" yerləşir. Dağ və kəndin ərazisi keçmişdə maldar ellərin qışlaq yeri olmuşdur.[2].

Həmçinin bax

Xarici keçidlər

  1. Palçıq vulkanları

İstinadlar

  1. "Kürsəngi palçıq vulkanı". 2018-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-16.
  2. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.