Kürsəngi

KürsəngiAzərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.

Kürsəngi
39°46′51″ şm. e. 49°07′24″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Kürsəngi xəritədə
Kürsəngi
Kürsəngi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Kəndin ərazisində Kürsəngi dağı yerləşirki, burada da "Kürsəngi palçıq vulkanı" və "Kürsəngi küp qəbirlər nekropolu" yerləşir. Kürsəngi yatağıda bu ərazidə yerləşir.

Keçən əsrin ortalarında 1 №-li sovxozun 3 №-li Şöbəsinin malikanəsi yanında salınmış qəsəbə 1965-ci ildən yaxınlığındakı Kürsəngi dağının adı ilə adlandırılmışdır. Adının etimologiyasına dair bir çox nəzəriyylər vardır: Kürün səngidiyi yer olaraq- Kürsəngi; Kür və səng (farsca: daş, qaya) Kürsəngi-Kürdaşı olaraq və s. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Salyan rayonunun Kürsəngi qəsəbəsi Varlı kənd sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Kürsəngi kənd soveti yaradılmışdır.[1]

Dağ və kəndin ərazisi keçmişdə maldar ellərin qışlaq yeri olmuşdur.[2]

Kəndin ərazisindən Kürsəngi dağının görünüşü
Dağdan Kürsəngi kəndinin görünüşü

Coğrafiyası və iqlimi

Kürsəngi kəndi Cənub-Şərqi Şirvan düzündə yerləşir.

Əhalisi

Kənd ərazisində təxminən 4000 nəfər əhali yaşayır.

Görkəmli şəxslər:

Birinci Qarabağ müharibəsi şəhidləri:

Vətən müharibəsi şəhidləri:

Din

Kənddə "Hacı Səftər" məscidi dini icması fəaliyyət göstərir.[5]

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kürsəngi dağı

Kürsəngi küp qəbirləri nekropolu

Kürsəngi palçıq vulkanı

Kürsəngi yatağı

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.