Kürdlər (Füzuli)

KürdlərAzərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd.

Kürdlər
39°32′29″ şm. e. 47°12′04″ ş. u.
Ölkə  Azərbaycan
Region Füzuli rayonu
Rayon Füzuli rayonu
Başçı Alı Alıyev
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +994
Nəqliyyat kodu 19
Kürdlər xəritədə
Kürdlər
Kürdlər
Kürdlər xəritədə
Kürdlər
Kürdlər

Tarixi

20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[1]

Toponimikası

  • Kürdlər oyk., sadə.
  • Ağcabədi r-nunun eyniadlı i.ə.v.-də kənd. Qarqar çayının sahilində, Qarabağ düzündədir. Kənd musanlı tayfasının kürdlər tirəsinin məskunlaşması nəticəsində yaranmışdır;
  • Ağdam r-nunun Əlimədədli i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, vaxtilə kürddilli ailələrin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır;
  • Cəbrayıl r-nunun Sirik i.ə.v.-də kənd. Qarabağ silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, keçmiş adı Hacıisaqlı olmuşdur. Əvvəllər bu ərazidə Zəngəzur qəzasındakı şotlanlı kürd tayfasına məxsus qışlaq yeri (Kürdlər qışlağı adlanırdı) olmuşdur. Sonralar burada salınmış yaşayış məntəqəsi köhnə qışlağın adı ilə tanınmışdır. Əslində isə kənd sakinlərinin kürdlərlə heç bir etnik əlaqəsi yoxdur. 1922-ci ildə çap edilmiş yaşayış məntəqələrinin siyahısında da kəndin adı Hacıisaqlı kimi qeydə alınmışdır;
  • Cəlilabad r-nunun eyniadlı i.ə.v.-də kənd. Burovar silsiləsinin şm.-ş. ətəyindədir. Yaşayış məntəqəsi XIX əsrin ortalarında panavand tayfasının kürdlər tirəsinin oturaqlaşması nəticəsində yaranmışdır;
  • Füzuli r-nunun Əbdürrəhmanlı i.ə.v.də kənd. Düzənlikdədir. Mehdibəy Kürdü də adlanır. Etnotoponimdir.[2]

Əhalisi

https://commons.m.wikimedia.org/wiki/Fayl:%C5%9Eir%C9%99li_H%C3%BCseynov_ad%C4%B1na_K%C3%BCrdl%C9%99r_k%C9%99nd_orta_m%C9%99kt%C9%99bi..jpg ~~~~

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. "Bu kəndlər də azad edildi - Prezident elan etdi". qafqazinfo.az (az.). 20 oktyabr 2020. 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 oktyabr 2020.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.