Kürdlər (Ağcabədi)
Kürdlər — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd.
Kürdlər | |
---|---|
39°59′23″ şm. e. 47°09′58″ ş. u. | |
Ölkə | |
Rayon | Ağcabədi |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0419 |
|
Tarixi
Kürdlər Ağcabədi rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Qarqar çayının sahilində, Qarabağ düzündədir. Kənd musanlı tayfasının kürdlər tirəsinin məskunlaşması nəticəsində yaranmışdır[1].
Toponimikası
Kürdlər oykonimi musanlı tayfasının kürdlər tirəsinin vaxtilə burada məskunlaşması nəticəsində yaranmışdır. Kürdlər kürmancı, yezidi-qədim irandilli tayfadır. Qədim yunan müəllifi Ksenofont kürdləri kardux, başqa qaynaqlar kordux, kardu, ilk dəfə orta əsr ərəb coğrafiyaçıları kürd (cəm halı əkrad) adlandırmışlar. Çox güman ki, kürdlərin dili İran qrupundan I minilliyin sonunda ayrılmış və yetkinləşmişdir. Kürdlər çox-çox əvvəllər İranın qərb sərhədlərində yerləşmişdilər. Ərəb qaynaqları bu Zaqros dağlı tayfalarını kürd adlandırırdılar. Kürdlər buradan tədricən Türkiyənin şərq vilayətlərinə, Azərbaycana, Urmuya gölü hövzəsinə yayılmışlar. Hazırda kürdlər İran, İraq, Turkiyə və Suriyanın tərkibinə daxildirlər. Orta əsrlərdə kürdlər qismən Azərbaycana, Ərməniyyəyə, Xorasana və başqa yerlərə yayılmış və yaxud köçürülmüşlər. Onlar kütləvi halda İran, İraq, Turkiyə, keçmiş SSR və Suriya hüdudlarında məskunlaşmışdılar. Bu əraziləri şərti olaraq Kürdüstan adını almışdı. Bu Şərqi Anadolu yaylasına daxildir. Kürdlərin ərazisi Osmanlı imperiyasının tərkibinə daxil idi. 1918-ci ildə Osmanlı imperiyası dağıldıqdan sonra kürdlər yaşadığı ərazi İran, İraq, Türkiyyə, keçmiş SSRİ və Suriyaya keçidi. Kürdləri assimlyasiya etmək səyləri üsyanlarala nəticələndi. Müsəlman dininə mənsub olan kürdlərin hazırda sayları 10 milyondur. Yerli məlumata görə indiki Ağcabədi rayonunun Kürdlər kəndi ərazisində keçmişdə dağa -arana gedən kürdlər düşərgəsalmışlar. Qonşuluqda yaşayan kəndlərin adamları bu yerə "kürdlərin düşdüyü yer" deyərmişlər. Sonralar bu yerlərdə evlər tikilmiş, kənd salınmışdır. Əvvəllər yaşayış məntəqəsi Kürdlər düşən, sonralar isə Kürdlər adlanmışdır. Kənd Kürdlər adlansa da kürdlər yaşamır.[2]
İstinadlar
- "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 424
- Nazim Tapdıqoğlu Ağcabədi Ensiklopediyası Bakı,2007