Kürd sarıcası
Kürd Sarıcası (lat. Colias chlorocoma) — Pulcuqqanadlılar dəstəsinə, Ağ kəpənəklər fəsiləsinə aid növ. Cənubi Qafqazın subendemikidir.
Kürd sarıcası | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tactopoda Tip: Klad: Pancrustacea Yarımtip: Sinif: Ranqsız: Dicondylia Yarımsinif: Budaq: Metapterygota İnfrasinif: Ranqsız: Eumetabola Dəstəüstü: Panorpida Ranqsız: Amphiesmenoptera Dəstə: Yarımdəstə: Klad: Coelolepida Klad: Myoglossata Klad: Neolepidoptera İnfradəstə: Heteroneura Klad: Eulepidoptera Klad: Ditrysia Klad: Apoditrysia Klad: Obtectomera Fəsiləüstü: Papilionoidea Fəsilə: ???: Kürd sarıcası |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Təsviri
Ön qanadın uzunluğu 27–28 mm, bəzən 33 mm olur. Qanadlar üzərindəki naxış Qafqaz sarıcasında olduğu kimidir. Arxa qanadın kənarındakı haşiyə enlidir. Hər iki qanadın fonu yaşılımtıl – sarıdır. Arxa qanadın ortasında açıq yaşılımtıl – sarı rəngli ləkə vardır. Dişi fərddə qanadların kənarındakı haşiyə enli olub, içəri kənarı açıq rəngli ləkələrlədir.[1]
Yayılması
Şimal – Şərqi Türkiyə, Ermənistan, Gürcüstan, Azərbaycan (Naxçıvan MR dağları, dəniz səv. 1500 – 1800 m yüksəklikdə).[2]
Həyat tərzi
Friqanoid bitkilərlə örtülmüş quru yamaclar. Mayın ikinci yarısında iyulun əvvəlinə qədər uçuşur, səhər çağı və axşama yaxın isə çiçəkli gəvən və çaşır bitkisi üzərində qidalanırlar. Dişilər otlar üzərinə qonur və nadir hallarda kiçik məsafəyə uçurlar. Tırtıllar iyulda və avqustun əvvəlllərində tikanlı xaşanın (Onodrychis cornuta Dsv.) yarpaqları ilə qidalanır, gizli həyat tərzi keçirirlər, puplar xaşanın gövdələri üzərində qışlayır, ildə bir nəsil verir. Qida rəqibi alaca kəpənəyin tırtılları (Zygena carniolica Sc.) hesab edilir ki, onlar da həmçinin tikanlı xaşa (Onobrychis sp.) üzərində kütləvi surətdə inkişaf edirlər. Təbii düşməni və xəstəlikləri məlum deyil.[3]
Sayı
R.Əffəndi tərəfindən 4 kəpənəyi qeydə alınmışdır. Naxçıvanda 1976-cı ildə P.İ.Bedı tərəfindən 1 fərd, O.Q.Qorbunov tərəfindən 1 fərd və M.L.Danilevski tərəfindən 1 fərd qeydə alınmışdır.
Məhdudlaşdırıcı amillər
Dar qida ixtisaslaşması (Onodrychis cornuta Dsv.), qida rəqibinin olması, xaşa bitkisinin insanlar tərəfindən toplanaraq yanacaq kimi istifadə edilməsi, kəpənəyin yayıldığı ərazilərin otlaqlara çevrilməsi, ot örtüyünün müntəzəm surətdə biçilməsi əsas məhdudlaşdırıcı amillərdəndir.
Qorunması üçün qəbul edilmiş tədbirlər
Azərbaycanın Qırmızı kitabının I nəşrinə daxildir.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
Kəpənəyin yayıldığı ərazilərin qorunması, bu ərazilərdə tikanlı xaşanın yanacaq materialı kimi istifadə edilməsinin qadağan edilməsi.
Ədəbiyyat
- Azərbaycan Qırmızı Kitabı, Bakı, II cild, 2013.
- Миллер Е.Э. Чешуекрылые Кагызманского округа Карской области. М., 1923, 118 с.;
- Эффенди Р.М. Высшие чешуекрылые Азербайджана. Автореф.дис.канд.биол.наук, Баку, 1971, 24 с.;
- Коршунов Ю.П. Каталог булавоусых чешуекрылых (Lepidoptera, Rhopalocera) фауны СССР. Энтомологич.обозрение, т. LI, вып. 1 - 2, 1972,с. 136 - 154, 352 - 368;
- Дидманидзе Э.А. Чешуекрылые аридных районов Закавказья (Lepidoptera, Rhopalocera). Некоторые группы животных аридных районов Закавказья. Тбилиси: Мецниереба, 1979, с. 43 - 114.
Xarici keçidlər
İstinadlar
- Azərbaycan Qırmızı Kitabı, Bakı, II cild, 2013.
- Миллер Е.Э. Чешуекрылые Кагызманского округа Карской области. М., 1923, 118 с.;
- Коршунов Ю.П. Каталог булавоусых чешуекрылых (Lepidoptera, Rhopalocera) фауны СССР. Энтомологич.обозрение, т. LI, вып. 1 - 2, 1972,с. 136 - 154, 352 - 368;