Kürd (Qəbələ)

KürdAzərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.

Kürd
40°48′19″ şm. e. 47°41′11″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Qəbələ rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 1199 (2009) nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ3618[1]
Kürd xəritədə
Kürd
Kürd

Coğrafiyası

Kürd kəndi mərkəzdən 25 km. cənub-qərbdə, Ərəş düzündə-dir. Torpağı dəmyə ərazilərdən sayılır və spesifik məhsullar əkilir. Əsasən üzüm sahələrinin artımı nəzərə çarpır. Kənddəki Şərab emalı zavodunda xeyli sayda işçi qüvvəsi çalışır. Burada da əhalinin rahatlığı üçün hər cür şərait yaradılıb. Yolu hamar, işığı fasiləsizdir.[2]

Toponimikası

Qəbələ r-nunun eyniadlı i.ə.v.-də kənd. Kənd Qəbələ şəhərindən cənub istiqamətdə, Düz Yengicə adlanan ərazidə yerləşir. İKİ əsrdən çox tarixə malik kənddə və ətrafında Qurd dərəsi, Qurdlu bulaq, Qazan dərəsi, Çanaxbulaq təpəsi, Borçalı dərəsi, Palantökən kimi toponimlər, Seyid İbrahim piri, Qaş yaylası, Sonalar gölü yaxınlığındakı iri, sal daşlardan ibarət qədim alban qəbristanlığı və digər ünvanlar bu yerlərin qədim türk tayfalarına məxsusluğunu əyani təstiqləyir. Xatırlatmaq yerinə düşər ki, bir müddət Qutqaşen adlanan ərazi vahidinin professor Mirəli Seyidovun da yazdığı kimi əsl adı əsrlər öncəsi "Qurd qaşı" olub. – Yəni qurdların (türk totemi) gəzib-dolaşdığı yurd yerlərindən biri. Sonralar bu ad Qutqaşın, daha sonra isə Qutqaşen sözü ilə əvəzlənib.

Əhalisi

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.