Kürdəmir Dövlət Rəsm Qalereyası

Kürdəmir Dövlət Rəsm Qalereyası 2003-cü ilin may ayından fəaliyyət göstərir.[1]

Kürdəmir Dövlət Rəsm Qalereyası
Fəaliyyəti Əsərlərin bərpası və qorunması
Yaranma tarixi 2003
Yarandığı yer Azərbaycan Kürdəmir
Fəaliyyət göstərdiyi yer Kürdəmir, Azərbaycan, Üzeyir Hacıbəyli, 2, Kürdəmir, AZ3300

Tarixi və fəaliyyəti

Qalereyada ekspozisiyaların qurulması və sərgilərin keçirilməsi üçün geniş və işıqlı 3 salon, vestibül və dəhliz il boyu fəaliyyət göstərir. Bununla yanaşı fond üçün saxlanc otağı , ümumi şöbə mövcuddur. Qalereyada 106 ədəd əsər saxlanılır. Dünya və Azərbaycanın görkəmli rəssamlarının, muzeylərinin foto albomları, foto kitabları ilə yanaşı Mədəniyyət və İncəsənət jurnalları və qəzetlərinin topluları da yığılır. Kürdəmir Dövlət Rəsm Qalereyası rayonda keçirilən bütün mədəni – kütləvi tədbirlərin tərtibatı işlərində də yaxından köməklik göstərir. Qalereyada vaxtaşırı olaraq müxtəlif səpkili rəsm sərgiləri və sərgi yarmarkaları təşkil olunur. Qalereyada rəsm dərnəyi fəaliyyət göstərir. Rəsm dərnəyinin üzvlərinin bir neçəsi rəssamlıq üzrə ali və orta ixtisas təhsili almaqdadırlar.[2][3]

Həmçinin bax

Xarici keçidlər

  • "Rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələri". kurdemir-ih.gov.az. İstifadə tarixi: 16.03.2021.

İstinadlar

  1. "Kürdəmir Dövlət Rəsm Qalereyası". azgallery.az. 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13.06.2021.
  2. "Kürdəmir Dövlət Rəsm Qalereyası". kurdamir.mctgov.az. 2020-05-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16.03.2021.
  3. "Kürdəmir Dövlət Rəsm Qalereyası". kataloq.gomap.az. 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.03.2021.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.