Kürdəmiş
Kürdəmiş — Azərbaycan Respublikasının Göyçay rayonunun Cəyirli inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən cənub-şərqdə, Göyçay çayı sahilində, Şirvan düzündə yerləşən kənd.
Kürdəmiş | |
---|---|
40°35′ şm. e. 47°47′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 48 m |
Saat qurşağı | |
|
Toponimikası
Kürdəmiş Göyçay rayonunun Qızılağac inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Oykonim kür (çay, su) və dəmi/demi (dəmyə, su çıxmayan yer) sözlərindən, -ş (burada şiddətləndirmə bildirir) şək.-sindən ibarət olub, "tamamilə su çıxmayan yer, dəmyə, əkilməyən sahə" mənasındadır. 1917-ci və 1933-cü illərdə Şamaxı r-nu ərazisində də eyniadlı kənd qeydə alınmışdır. Oronim keçən əsrdə Kürdəmiç, Kürdəmic variantlarında işlənmişdir. Kürdəmiş toponimi ilə bağlı müxtəlif fikirlər, gümanlar vardır. Oykonim kür (çay, su) və dəmi/demi (dəmyə, su çıxmayan yer) sözlərindən, -ş (burada şiddətləndirmə bildirir) şəkilçisindən ibarət olub, “tamamilə su çıxmayan yer, dəmyə, əkilməyən sahə” mənasınadır.[1]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1150 nəfər əhali yaşayır.[2]
Məşğuliyyəti
Kənd əhalisi əsasən taxılçılıq, pambıqçılıq, bağçılıq, heyvandarlıq və baramaçılıqla məşğul olur.
Din
Kənddə Kürdəmiş kənd məscidi dini icması fəaliyyət göstərir[3].
Xarici keçidlər
İstinadlar
- Kürdəmiş // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 35. ISBN 978-9952-34-155-3.
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- MÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-08 at the Wayback Machine. scwra.gov.az (az.)