Kürdşaban
Kürdşaban — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Kürdşaban kəndi Məlikkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi bu kənd olmaqla, Kürdşaban kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Kürdşaban | |
---|---|
40°32′12″ şm. e. 47°45′01″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 23 m |
Saat qurşağı | |
|
Toponimikası
Oykonim kürd (etn.) və Şaban (ş.a.) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Yaşayış məntəqəsi ilk dəfə orada məskən salmış Kürd Şabanın nəslinin adını daşıyır.[2]
Coğrafiyası və iqlimi
Kənd Şirvan düzündə yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 837 nəfər əhali yaşayır.[3]
İstinadlar
- "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
- Kürdşaban // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Xarici keçidlər
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.