Kürdüstan qəzası

Kürdüstan qəzası (rus. Курдистанский уезд) və ya Qızıl Kürdüstan (rus. Красный Курдистан, kürd. Кöрдьстана Сор) — 1923–1929-cu illərdə Azərbaycan Sovet Sosialist Respublikasının ərazisində mövcud olmuş qəza.[1][2][3] Qəza Sergey Kirovun təklifi ilə 1923-cü il 21 iyun Azərbaycan SSR Xalq Komissarları Sovetinin iclasında yaradılmışdır. Kürdüstan qəzasının ilk mərkəzi Pircahan kəndi idi. Daha sonralar mərkəz Laçın şəhərinə köçürülmüşdür. Qəzanın ilk katibi Şuşada dünyaya gəlmiş, azərbaycanlı bolşevik Hüsü Hacıyev idi. 1926-cı ildəki siyahıya alınmada Kürdüstan qəzasında əhalinin etnik tərkibi 72,3% kürd, 26,7% türklər olsa da, əhalinin 92,5%-nin ana dili türk dili və yalnız 6,1%-nin ana dili kürd dili olmuşdur.[4][5] SSRİ daxilində inzibati ərazi vahidlərinin dəyişdirilməsi sahəsindəki islahatlar zamanı ASSR-in 1929-cu il 8 aprel tarixli qərarı ilə Kürdüstan qəzası da ləğv edilmişdir.

Kürdüstan qəzası
Ölkə
İnzibati mərkəz Laçın
Tarixi və coğrafiyası
Yaradılıb 7 iyul 1923
Ləğv edilib 8 aprel 1929
Kürdüstan qəzası xəritədə

Əhali

Etnik tərkib

Kürdüstan qəzası[4]
Etnik qrup Bütün qəza Laçın ş. Qaraqışlaq d. Kəlbəcər d. Qoturlu d. Qubadlı d. Kürdhacı d. Muradxanlı d.
Cəmi51 4264356 05012 0464 88813 5338 2856 189
kürd37 1821106 00311 9674 87318 1696 059
azərbaycanlı13 74516421621313 3679919
erməni37366812216213110
rus8157154y.131
ukraynalı20182y.y.y.y.y.
gürcü33y.y.y.y.y.y.
alman22y.y.y.y.y.y.
tatar1y.1y.y.y.y.y.
avar11y.y.y.y.y.y.
ləzgi11y.y.y.y.y.y.

Dil

Kürdüstan qəzası[4]
Ana dili Bütün qəza Laçın ş. Qaraqışlaq d. Kəlbəcər d. Qoturlu d. Qubadlı d. Kürdhacı d. Muradxanlı d.
Cəmi51 4264356 05012 0464 88813 5338 2856 189
azərbaycanca47 5942744 18611 6583 96513 3288 1226 061
kürdcə3 12321 799298871y.14112
ermənicə380651412216213112
rusca9874164y.13y.
ukraynaca541y.y.y.y.y.
gürcücə33y.y.y.y.y.y.
almanca11y.y.y.y.y.y.
farsca11y.y.y.y.y.y.
tatarca1y.1y.y.y.y.y.

İstinadlar

  1. "Laçın. Tarixi haqqında qısa məlumat". 2017-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-04-04.
  2. Административно-территориальное деление Азербайджанской Республики. Президентская Библиотека, Баку, 2007
  3. "Russia and the problem of Kurds". 2012-02-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-04-04.
  4. Ethno-Caucasus, Этнодемография Кавказа :Курдистанский уезд (перепись 1926 года) Arxivləşdirilib 2022-06-19 at the Wayback Machine
  5. Всесоюзная перепись населения 17 декабря 1926 года, т. IV, пт.14, Центральное статистическое управление СССР, М., 1929, с. 13.

Əlavə ədəbiyyat

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.