Kür kərtənkələsi

Kür kərtənkələsi (lat. Darevskia portschinskii) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Elə də böyük olmayan daş kərtənkələsidir. Bədənində 43-62 pulcuq vardır. Dişilər və erkəklər boz, qəhvəyi-boz rəndə olurlar. Bədənin bel nahiyəsində yaşıl rəng yoxdur. Çoxalma zamanı erkəklərdə boğaz, sinə hissəsi parlaq-sarı, narıncı-sarı rəngdə olur.

Kür kərtənkələsi
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Klad:
Olfactores
Yarımtip:
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Euteleostomi
Klad:
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Sinifüstü:
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Klad:
Sauropsida
Klad:
Eureptilia
Klad:
Romeriida
Klad:
Diapsida
Klad:
Neodiapsida
Klad:
Sauria
Klad:
Lepidosauromorpha
Dəstəüstü:
Lepidosauria
Dəstə:
Fəsiləüstü:
Lacertoidea
Yarımfəsilə:
Lacertinae
Növ:
Kür kərtənkələsi
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  122351
EOL  792853

Yayılması

Əsasən Kür çayının orta axarları boyunca, Gürcüstanın cənub hissəsi və Ermənistanın şimal hissələrini əhatə edir. Azərbaycan ərazisində kiçik və qapalı areala malikdir. Əsasən Azərbaycanın cənubunda Həkəri çayı boyunca yayılmışdı. Hal-hazırda isə areal kiçik olaraq müxtəlif ərazilərdə yayılmışdır. Bu növə daxil kərtənkələlər Kürün sahili boyunca yerləşən qayalıqlarda, 1100-1200 metr yüksəkliklərində yayılmışdır. 1 km maşrutda 40-55 baş kərtənkələyə daxildir. Qışlama Tiflis yaxınlığında mart, dağlıq ərazilərdə isə aprel ayının ortalarında bitir.

Sistematika

Bu növ iki yarımnövə bölünür. Lacerta portschinskii portschinskii Kessler, 1878 növün əsas yarımnövüdür. Lacerta portschinskii nigrita Bakradze, 1976 yarımnövü isə Kürün (Gürcüstan) Maşavera çayı, (Ermənistan) Debet çayı kimi qolları sahillərində yayılmdır.

Qidalanması və çoxalması

Cücülər və kiçik onurğasızlarla qidalanır. Böçəklər, İkiqanadlılar, Düzqanadlılar, Çoxayaqlılar və Kəpənəklər onun əsas qidasını təşkil edir.

Yumurta qoymaqla çoxalırlar. 2-5 yumurta qoyurlar. Bu iyundan iyulun ortalarına qədər davam edir. Balalar iyulun ortalarından avqust ayının sonlarına qədər yumurtadan çıxırlar. Balaların uzunluğu 25-27 mm təşkil edir.

İstinadlar

  1. The Reptile Database (ing.). / P. Uetz 2015.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.