Kür dili adası

Kür dili adasıXəzər dənizində Azərbaycana məxsus ada.[1][2] Aran iqtisadi-coğrafi rayonunun şərqində yerləşir. İnzibati cəhətdən isə adanın şərqi Neftçala, qərbi isə Lənkəran inzibati rayonlarına məxsusdur. Neftçala şəhərindən 33 km, Bakıdan isə 150 km cənubda yerləşir. Ada Azərbaycanın sahəsinə görə ən böyük adasıdır.

Kür dili
Ümumi məlumatlar
Sahəsi 43 km²
Uzunluğu 11,8 km
Eni 5,2 km
Əhalisi 0 nəfər (2021-ci il)
Yerləşməsi
38°58′30″ şm. e. 49°07′30″ ş. u.
Ölkə  Azərbaycan
Akvatoriya
Kür dili xəritədə
Kür dili
Kür dili
Kür dili adası (Azərbaycan)
K. dili
Kür dili

Adada mövcud olmuş Kürdili kəndinin adı adanın adından götürülmüşdür.[3]

Coğrafiyası

Ada Kürün tarixi deltasında yerləşir. Belə ki, gətirmə suxurların mənsəbə yığılması nəticəsində əmələ gəlmişdir. Hazırda isə Kürün deltası yarımadadan 35–40 km şimalda yerləşir. Xəzər dənizinin qalxıb enməsi ilə əlaqədar yarımada və ada arasında tərəddüt edir. Son zamanlar səviyənin qalxması ilə əlaqədar adaya çevrilmişdir. Sahəsi 43 km² təşkil edir. Uzunluğu 11,8 km, eni isə 5,2 km-dir. Yarımsəhra və quru çöl iqliminə malikdir. Qızılağac qoruğunun bir hissəsi yarımadanın ərazisinə düşür. Şərqdə Xəzər dənizi, qərbdə isə Qızılağac körfəzi onun sahillərini yuyur. Kür daşı adası adanın şərqində yerləşir. İddiaya görə hər il ada 50–100 metr arasında əriyir.

Tarixi

XX əsrin əvvəllərində əraziyə ruslar, kazaklar və molokanlar köçürülmüşdür. 1911-ci ildə adada ilk mayak istifadəyə verilib. Mayak 1966-cı ilə qədər fəaliyyət göstərib[4]

Azərbaycan SSR dövründə adada Neftçala rayonu inzibati ərazisinə daxil olan iki kənd (Kürdili, Şirvanlı) mövcud olub. 2 kənddə 3 minə qədər adam yaşayıb. Adada məktəb, mədəniyyət evi, kinozallar, kitabxanalar olub.[2] Məhsuldar torpaqda üzüm və nar yetişdirilirdi, burada atçılıq və heyvandarlıq fermaları yerləşirdi.

1981-ci ildə Xəzər dənizində suyun qalxması nəticəsində Neftçala rayonu ərazisindən bu əraziyə olan yol dağılmış və yarımada adaya çevrilmişdir. 1982-ci ildə kəndə quru yolu ilə getmək mümkün deyildi. Ada əhalisi SSRİ dağıldıqdan sonra Rusiyaya və başqa ölkələrə, həmçinin Neftçala rayonu ərazisində yeni tikilmiş evlərə köçürülmüşdür. 2013-cü ildə adada 4 ailə qalmışdı.[2] 2019-cu ildə adada cəmi 1 nəfər — Vitali Pronin yaşayırdı.[5]

Fauna

1929-cu ildə adanın qərb sahillərinin də daxil olduğu ərazidə Qızılağac qoruğu yaradılmışdır. Bu hissədə canlılar qorunur. Əsasən su quşları və balıqlarla[1] zəngindir. Sovet dövründə burada atçılıq fermaları olub. Sovetlər təzə qurulanda burada yetişdirilən atlar müxtəlif rayonlara, kəndlərə göndərilirmiş ki, əkin-biçində istifadə olunsun. Su qalxıb kolxoz dağılanda, bu atları buraxıblar. Sürü şəklində gəzən bu atlar artıq vəhşi atlara çevrilib.[2]

Filmoqrafiya

Ada haqqında "Əriyən ada"[6], Sonuncu[7][8]Daxildəki ada adlı filmlər çəkilmişdir.

Mənbə

İstinadlar

  1. "Neftçala" ( (az.)). azerbaijan.travel. 2015-05-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-19.
  2. Sevda İsmayıllı. "Azərbaycanda belə yer də varmış... Burada pul keçmir" ( (az.)). azadliq.org. 2013-09-30. 2015-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-19.
  3. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  4. "Lighthouses of Azerbaijan" ( (ing.)). unc.edu. 2007-03-12. 2015-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-19.
  5. "Azərbaycanda sonuncu rus Robinzonu. Kür-Dili adasının itirilmiş dünyası (video, Foto)". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-14.
  6. Azərbaycan filmi Kazan festivalının qalibi olub: [Tatarıstanın paytaxtında keçirilən IX Beynəlxalq Müsəlman Kinosu Festivalında rejissor Fariz Əhmədovun "Əriyən ada" sənədli filmi "Ən yaxşı qısametrajlı sənədli film" nominasiyasının qalibi olmuşdur] //Mədəniyyət.- 2013.- 13 sentyabr.- S. 3.
  7. Azərbaycan kinosunun Moskvada ilk retrospektivi “Sonuncu” sənədli filminin nümayişi ilə açılıb
  8. "Azərbaycan kinosunun retrospektivi "İllüzion"da". 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-06.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.